Hörmətli izləyicilər,
06.07.2021-ci il tarixində balaca Zeynəbimizin əməliyyat olunduğunu və uğurla yekunlaşdığından Sizə xəbər vermişdik. Bu gün isə balacanın xəstəxanada son müayinəsi həyata keçirildi (tikişlərin sökülməsi və əməliyyat yerinə ümumi baxış). Öz növbəmizdə, bu yolda bizə dəstək olaraq, balaca qəhrəmanımızın səhiyyə hüququnun bərpası və gələcəyə doğru sağlam şəkildə addımlaması istiqamətində əlindən gələn köməkliyi əsirgəməyən Peşəkar Dr.Məhəmməd Davudov, Caspian İnternational Hospital klinikasının rəhbərliyinə və tibbi heyətinə əvəzsiz dəstəyə görə tərəfimizdən TƏŞƏKKÜRNAMƏ ilə dəyərləndirildilər.
P.S. Yardım telefon qədər yaxındır