"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO-nun xidmət mərkəzi olan "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" - "Azerbaijan Child Helpline Service" xidməti maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir 15.11.2021-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda 229 №-li tam orta məktəbdə baş tutmuşdur.
Maarifləndirmə tədbiri zamanı aşağıda qeyd olunan mövzulara toxunulmuş, hazırlanmış təqdimat şagirdlərin və tədbir iştirakçılarının diqqətinə çatdırılmış və son olaraq uşaqların sualları cavablandırılmışdır.







