Hörmətli izləyicilər, bildiyiniz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi olan “İnsan alveri qurbanları üçün sosial reabilitasiya fəaliyyətinin təşkili” layihəsi çərçivəsində fəaliyyətini davam etdirən "Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi sosial-psixoloji dəstəklə yanaşı qrup işi və xüsusi maarifləndirici təlimlər də davam edir.
19.11.2021-ci il tarixində mərkəzdə qeydiyyatda olan uşaq və yeniyetmələrlə “20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü” ilə bağlı tədbir keçirildi. İlk olaraq yetkinlik yaşına çatmayanların aktiv iştirakını təmin etmək məqsədilə “Qulaqdan Qulağa” qrup oyunu ilə təlimə başlanılmışdır.
Daha sonra “20 Noyabr Ümundünya Uşaq Hüquqları Günü” ilə bağlı maarifləndirici təqdimat nümayiş etdirilmiş, təqdimat sonrası isə hüquqların təminatı ilə bağlı müzakirələr aparılmışdlr. Son olaraq isə uşaqlar komandalara ayrılmış, öz komandalarına “20 Noyabr” və “Müdafiə” adlarını verərək birgə “Uşaq Hüquqları” haqqında plakat hazırlamış, təqdimat nümayiş etdirmişlər.
Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə
Dünya Uşaqlarla daha da Gözəldir. Bir Uşaq Gülərsə, Dünya da Gülər…