Hüquqlarımızı birlikdə öyrənək!
Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin tərəfdaşlığı çərçivəsində oktyabr – noyabr Uşaq Hüquqları aylığı ərəfəsində “Hüquqlarımızın keşiyində duraq” adlı maarifləndirmə tədbiri keçirildi.
Tədbirin məqsədi uşaqlara qarşı zorakılığın hər bir növünə bir daha diqqət çəkmək, zorakılıq anında uşaqları erkən müdaxiləyə səsləmək, zorakılıq hallarının qarşısının alınması məqsədilə preventiv tədbirləri çoxaltmaq idi.
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru Xoşqədəm Quliyeva və Sabunçu Gənclər Evinin psixoloqu Gülşən Axundovanın təqdimatında keçirilən tədbirin mövzuları:
Uşaq hüquqları. Hansı hüquqlarımızı tanıyırıq ?
Erkən nikah və reproduktiv sağlamlıq oldu.
Həmçinin Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqqında qısa məlumat iştirakçılara ötürüldü