5 Mart 2022-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi və Uptodate in Medicine ilə birgə əməkdaşlıqda “Təməl həyata dəstək” təlimi keçirilmişdir. Təlimdə rəsmi əməkdaşlıq etdiyimiz Azərbaycan Universitetinin təşkilatın xidmət xidmət mərkəzlərində təcrübəyə yönələn “Sosial İş” fakultəsinin tələbələri və “Ümidli Gələcək” STİB mərkəzlərinin əməkdaşları iştirak etmişdilər.
Təlimi BLS (Basic Life Support) Təməl həyata dəstək kursunun instruktor-təlimçisi t.ü.f.d Dr. Nabil Seyidov keçərək bildirib ki, “Təməl həyata dəstək” təlimində hər bir əldə etdiyimiz faydalı məlumatlar və praktik biliklər, hər hansı şəxsin həyatını qurtarmaq üçün həkiməqədər ilk tibbi yardımın göstərilməsi və gələcəkdə insanlara yardımçı olmaqda köməklik edə biləcəkdir.
Təlim zamanı müzakirə olunan vacib mövzullarla Sizləri tanış etmək istərdik:
1. İlk yardım nədir?
2. İlk Yardımın məqsədi
3. Hadisə zamanı davranış qaydaları
4. Hadisə yerində xüsusi təhlükələr
5. Sahənin qiymətləndirliməsi (ətrafın nəzərdən keçirilməsi) və ikincili hadisələrin qarşısının alınması
6. Zərər çəkmişin vəziyyətinin qiymətləndirilməsi və təhlükəsizlik qaydaları.
7. Huşsuz insana yardım və ona təhlükəsiz vəziyyətin verilməsi
8. Sadə gigiyenik tədbirlər
9. Ürək Reanimasiyasının aparılması, Defibrillyatorla davranış qaydaları
10. Praktiki məşğələ
Ürək-ağciyər reanimasiyası - ürəyin xarici masajı, tənəffüsə dəstək və defibrilyatordan istifadəni öyrənmək hamı üçün olduqca önəmlidir. Vaxtında və düzgün göstərilmiş ilk yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.