Previous Next

“İnsan Alverinə qarşı mübarizə” və “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzusunda təlim keçirilmişdir.

"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO-nun xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti silsilə tədbir 04.04.2022-ci il tarixində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə əməkdaşlıqda “Bakı Texniki Kolleci” ndə baş tutmuşdur.
Maarifləndirmə tədbiri zamanı “İnsan Alverinə qarşı mübarizə” və “Ümidli Gələcək” STİB-in sosial işçisi tərəfindən “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzusunda təlim keçirilmişdir. Bununla yanaşı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s. haqqında məlumat verilmişdir. Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!