Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti silsilə tədbir 13.09.2022-ci il tarixində “Nəsimi Rayon Polis İdarəsi”ndə baş tutmuşdur.
Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müzakirəsi istiqamətində təşkil edilmişdir.
Baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti, Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları və müəllimləri, həmçinin Azərbaycan Uşaq Qaynar Xəttinin əməkdaşları iştirak edərək uşaq hüquqlarının müdafiəsi istiqamətində çıxış etmişdirlər.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin “Zərərli vərdişlərin sağlamlığa mənfi təsiri”, “Zorakılığa məruz qalmış uşaqların reabilitasiyası və reinteqrasiyası” , "Məktəb psixoloqlarının əsas iş prinspisi" mövzularında müzakirələr aparılmışdır.
Əlavə olaraq hazırlanmış çap materialları tədbir iştirakçıları və "Nəsimi Rayon Polis İdarəsi" əməkdaşlarının diqqətinə çatdırılmışdır.