Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti silsilə tədbir 13.09.2022-ci il tarixində Nərimanov rayon Polis İdarəsi ilə birgə əməkdaşlıqda “193 nömrəli məktəb ”də baş tutmuşdur.
Tədbirdə, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, məktəb psixoloqları və s. İştirak etmişdir.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin, “Uşaq Hüquqlarının Müdafiəsi”, “Zərərli vərdişlərin mənfi təsirləri”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzularında müzakirələr aparılmışdır.
Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.