“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng etdiyiniz zaman sizi dost kimi dinləyən, problemlərinizi aydınlaşdırmaqda sizə yardımçı olan və sizə hörmətlə yanaşan məsləhətçi ilə danışmaq imkanı əldə edə bilirsiniz.
Əgər Siz ruh düşkünlüyü hiss edirsinizsə, qoxursunuzsa, öz problemlərinizi aydınlaşdırmaqda çətinlik çəkirsinizsə, təzyiqə və zorakılığa məruz qalmısınızsa, çıxılmaz vəziyyətə düşmüsünüzsə, psixoloji sarsıntı keçirmisinizsə bizimlə əlaqə saxlayın. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin məsləhətçiləri mümkün olan kömək və yardımı Sizə göstərəcəklər. Əgər siz telefonda öz problemlərinizi danışmaqdan qorxur və ya danışmaqdan çəkinirsinizsə, sizin icazəniz və istəyinizlə sizə yaxın şəxs (rəfiqəniz, dostunuz, valideyniniz, qəyyumunuz və s.) bunu edə bilər.
Psixoloji problemlərlə bağlı müraciətlər aşağıdakı müvzuları əhatə edir:
- Şəxsiyyətlərarası münasibətlər;
- Psixoloji dəstəyə ehtiyac;
- Ailədaxili münasibətlərdə olan gərginlik;
- Yaşıdlarla ünsiyyət və münasibətlər;
- Ünsiyyət çatışmazlığı;
- Tənhalıq;
- Suisid;
- Sevgi ilə bağlı;
- Özünüaktuallaşdırma;
- Fobiya;
- Yaxın adamın itkisi;
- Etinasızlıq, psixoloji, fiziki və cinsi zorakılıq;
- Uşaqların təlim-tərbiyəsi;
- İmtahanqabağı həyəcan, stress;
- Evdən qaçma;
- Erkən nikah;
- Narkomaniya;
- İİV/ QİÇS-ə yoluxma təhlükəsi;
- Və digər problemlər.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə hüquq pozuntusu ilə bağlı zəng edə bilərəmmi?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə hüquq pozuntusu ilə bağlı müraciət edə bilərsiniz. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində çalışan hüquqşünas qanunvericilik çərçivəsində sizi və sizin valideynlərinizi maraqlandıran məsələlərlə bağlı telefon vasitəsilə hüquqi məsləhət verə bilər. Lazım gəldikdə, əməkdaşlar sizin müraciətlərinizi Uşaq Hüquqları Klinikasına pulsuz hüquqi yardım üçün yönəldə bilər.
Hüquqi problemlərlə bağlı müraciətlər aşağıdakı mövzuları əhatə edir:
- Hüquqların pozulması;
- Ünvanlı sosial yardım;
- Şəxsi əmlakın bölünməsi;
- Sənədləşmə;
- Şəxsiyyət vəsiqəsinin alınması;
- Alimentlə bağlı;
- Qeydiyyatla bağlı;
- Doğum haqqında şəhadətnamənin alınması;
- Cinayətin şahidi və ya qurbanı olan uşaqların hüquqları;
- Hüquq pozuntusuna yol verən uşaqların hüquqları;
- Və digər problemlər.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə edilən zənglər məxfidirmi və mənim anonimliyim qorunurmu?
“Azərbaycan Uşaq qaynar Xətt” xidmətinin ən vacib prinsiplərindən biri məxfilikdir. Siz bizə zəng edərkən özünüz barəsində heç bir şəxsi məlumat verməyə bilərsizniz. Sizin telefon nömrələriniz qeyd olunmur və söhbətin audio yazılışı aparılmır. Yalnız uşağın və valideynin icazəsi olduqda problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırıla bilər.
Mən rus dilində danışa bilərəmmi?
Bəli. Bizim məsləhətçilər rus dilində də danışır və sizə yardım etməyə hər an hazırdırlar.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə zəng edərkən mənimlə aparılan söhbət necə olacaq?
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət etdiyiniz zaman siz keçirdiyiniz hisslərdən və üzləşdiyiniz problemdən asılı olaraq sizi narahat edən istənilən mövzu haqqında danışa bilərsiniz. Ilk olaraq zəng edənin problemi dinlənilir, ərtaflı təhlil olunur və onun həlli yolları müəyyən olunur. Problemin həlli yolunu siz özünüz seçirsiniz. Istənilən halda söhbətin idarə olunması sizin ixtiyarınızdadır.
Mən Uşaq Qaynar Xəttinə məktub və ya SMS yaza bilərəmmi?
Siz istədiyiniz vaxt Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına, http:// www.facebook.com/AzerbaijanChildHelpline ünvanına məktub, mobil telefonuna SMS göndərə bilərsiniz. Bizim məsləhətçilər sizin suallarınızı mütləq cavablandıracaqlar. “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti barəsində ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə edə bilərsiniz.
Bizə müraciət etdikdə bunları nəzərə alın:
İmkan daxilində elə yerlərdən zəng edin ki, heç kim sizə mane olmasın və danışığınızı yarımçıq kəsməsin.
18.10.2010-cu il tarixindən 16.12.2013-cü il tarixinədək “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 7800-dən çox müraciət daxil olmuşdur. Abonentlərin müraciətləri müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı olmuşdur.
Müraciətlər daha çox psixoloji və hüquqi sahə ilə əlaqədar problemləri əhatə etmişdir.
Onu da qeyd etmək lazımdır ki, müraciət edənlər arasında artıq “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə öz problemlərini və sirlərini etibar edən daimi istifadəçilər var.
Yardım telefon qədər yaxındır.....