Ø Əgər bir uşaq danlaq və qınaqla böyüyürsə danlanmağı və qınanmağı öyrənir.
Ø Əgər bir uşaq uşaqlığını məsxərəyə qoyulub alçaldılmaqla keçirirsə, sıxılıb utanmaöı öyrənir.
Ø Əgər bir uşaq kin küdurət mühitində böyüyürsə, dava-dalaş salmağı öyrənir.
Ø Əgər bir uşaq qorxu içində yaşayırsa, narahat olmağı öyrənir.
Ø Əgər bir uşağa daima utanc hissi aşılanırsa özünü günahlandırmağı öyrənir.
Ø Əgər bir uşaq xoş görü ilə tərbiyə edilirsə, səbirli olmağı öyrənir.
Ø Əgər bir uşaq daima həvəsləndirilib cəsarətləndirilirsə, özünə inanmağı öyrənir.
Ø Əgər bir uşaq tərif və təqdir eşidirsə təqdir etməyi öyrənir.
Ø Əgər bi uşağın valideynləri xeyirxah və yardımsevərdirsə, o, comərdliyi öyrənir.
Ø Əgər bir uşaq hüquqlarına hörmətlə böyüdülürsə, o, ədalətli olmağı öyrənir.
Ø Əgər bir uşaq ailə üzvləri arasında qarşılıqlı bir inam olan evdə böyüyürsə, inanclı olmağı öyrənir.
Ø Əgər bir uşaq mühitində qəbul edilirsə, özünü sevməyi öyrənir.
Ø Əgər bir uşaq ailəsindən dəstək, dostluq və səmimiyyət görürsə dünyada xoşbəxt olmağı öyrənir.
Xülasə, uşaq yaşadığını öyrənir. Biz nəyiksə o olur.
Dorolti Noult