Əziz izləyicilər, bu gün sizlərə insan alveri və insan alverinə qarşı mübarizə üsulları haqqında məlumat vermək istərdik...
İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir.
Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir.
İnsan alveri nədir?
İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
İnsan alverinin halları hansılardır
Məcburi əmək;
- Cinsi istismar;
- Köləlik;
- Köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti;
- İnsan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası;
- Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması;
- Qadının surroqat ana kimi istifadə edilməsi;
- Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə və s.
Kimlər insan alverinin qurbanı ola bilər
•İşsizlər;
•Miqrantlar;
•Təhsildən yayınanlar;
•Avaralıqla və dilənçiliklə məşğul olanlar;
•Səfillər, kimsəsizlər və baxımsızlar;
•Əxlaqsız həyat tərzi sürənlər;
•Əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar;
•İçki, narkotika və psixotrop maddələrdən asılı olanlar və s
İnsan alveri qurbanına çevrilmənin vasitələri hansılardır
•İşədüzəltmə firmaları;
•Moda agentliyi;
•Nikah agentliyi;
•Turizm agentliyi;
•İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar;
•Qəzet və televiziya vasitəsi ilə elanlar;
•Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər.
•Хаrici аgеntliklər tərəfindən təkliflərlə;
•Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə.
Təəssüflər olsun ki, bütün bu maarifləndirmə tədbirlərinə baxmayaq ölkə ərazisində insan alverinin nə olduğu, hansı yollar ilə insan alverinə cəlb olunma baş verir, insan alverinə qarşı hansı mübarizə üsullarından istifadə edildiyi haqqında bir çox şəxsin məlumatı yoxdur.
Əziz valideynlər, nəzərə almaq lazımdır ki, bu gün insan alveri kütləvi hal almaqdadır. Məhz bu səbəbdən övladlarımıza, yaxınlarımıza, qohumlarımıza qarşı xüsusi diqqətli və həssas yanaşmaq, eyni zamanda ətrafımızda insan alveri ilə bağlı hər hansısa şübhəli vəziyyət və ya şəxs gördükdə bu barədə vaxt itirmədən aidiyyatı qurumlara məlumat vermək lazımdır.