Previous Next

Övladımızın qarşısında deyil, yanında olaq!

 
Uşağın təməl təlim-tərbiyə aldığı və mənəvi dəyərlərin formalaşdığı yer təbii ki, ailəsidir. Çünki ailə bir cəmiyyətin təməlidir. Uşaq ailədə nə öyrənirsə, onu həyatına qatır. Məsələn; sevgi və hörmət mühitində tərbiyə olunarsa, o gələcəkdə digər insanlara hörmətlə yanaşar, cəmiyyətə uyğunlaşar və sosial şəxsiyyətə çevrilər.
Ailə ilk növbədə övladını qeyd-şərtsiz sevməli və özünəinamını artırmalıdır. Məsələn; bəzi valideynlər var ki, uşaq iş görməyəndə dözə bilmir, ona bacarıqsız kimi yanaşırlar. Bu vəziyyətdə isə uşaq özünü çox pis hiss edir və özünəinamını itirir. Dərs, imtahan və digər sahələrlə bağlı məsələlərdə isə qorxduğu və özünə güvənmədiyi üçün heç nə edə bilmir. Bacarmıram, çünki mən bacarıqsızam hissi ilə hərəkət edir. Bu hiss isə məhz onlara daha öncələrdən aşılanmış olur.
Bu səbəbdən buradan bütün ailələrə səslənirəm, siz valideynlər, övladlarınıza yaxşı nümunə göstərməli, onlara hər bir istiqamətdə daim dəstək olmalısınız.
Uşaqlara hər bir halda inanın, onları qorxutmaqla, üzərlərinə getməklə inkişaflarını təmin edə bilməzsiniz.
Əksinə, onlar gündən-günə geriləməyə başlayar, özünəinamları sıfıra enər və sosial şəxsiyyətə çevrilə bilməzlər. Sonda isə həm siz, həm də övladlarınız bu yaşananlardan əziyyət çəkərsiniz.
Nəticə olaraq da cəmiyyət üçün faydalı övladlar yetişdirməmiş olacaqsınız.
Uğura gedən yolda ən böyük dəstək onlara verilən sevgi, qayğı və güvəndir. İstər təhsil, istərsə də müxtəlif sahələrdə nəticə nə olur olsun bu həyatın sonu demək deyil! Bu gün deyilsə də, əlbət bir gün hər şey öz yoluna, öz axarı ilə davam edəcək və hər uğurlu qapıların öz açılacaqları zaman gəlib çatacaqdır.
Sadəcə həyatın bütün istiqamətlərində övladlarımızın yanında olub, onlara olan sevgimizin Dəyərini Rəqəmlərlə ölçmədiyimizi onlara göstərməliyik❗️
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!