Previous Next

Analar üçün məsləhətlər

Heç bir qadınaAna olmağı öyrətməyiblər. Bəzi valideyinlər hesab edir ki, uşaqları baxımlı, vaxtında qidalanmış və dəbli geyinmiş kimi görsənməlidir. Ancaq bu tərbiyə deyil - bu uşaqlar üçün göstərilən xidmətdir. Beləliklə biz, sosial şəbəkələrdə və ya kənarda diqqət axtaran bir nəsil yetişdiririk.

Bəzilərimiz isə övladlarımızın tərbiyəsinə xələl gətirən zərərli keyfiyyətlərədə malikik:

- cəza

- təhqir

- qorxutma

Bəzi analar bu kimi xüsusiyyətləri istifadə edərək uşaqları ilə olan çətinlikləri həll etməyə çalışırlar. Nəticədə, uşaqlar özünə güvənmədiyindən, özünü qiymətləndirilmədikləri və həssas olduqları üçün, ailədən kənar şəxslər ilə ünsiyyət qurmağı və bununla daxildə olan çatışmamazlıqları tamamlamağa çalışırlar.

Bilin ki, uşaqlar sadəcə olaraq sizin köməyinizə ehtiyac duyurlar, çünki onlar heç bir işin öhdəsindən tək olaraq gələ bilmirlər. Bunun üçün onlara pullar, oyuncaqlar və ya bahalı planşet və smartfonlar lazım deyil. Uşaqların valideynlərinə və onlarla sağlam ünsiyyətə ehtiyacları var. Sağlam ünsiyyət uşağınızın tərbiyəsində və gələcək taleyində öz izini qoyur.

Uşaqlarınızın necə insan böyüməsi Sizlərdən asılıdır.

- İnamlı və güclü və ya çətin və qorxaq.

- Sağlam, özünə güvənən insan və ya güvəni aşağı olan şəxs kimi böyünməsi

- Aktiv, açıq və şən və ya qorxu içində, qəzəbli və hamıdan incimiş

Hər bir valideyn övladı ilə isti və möhkəm münasibət qurmaq istəyir ki, uşaq ona güvənməyə, onun fikrini dinləməyə başlasın. Lakin valideyinlər çox zamanlarda onu unudur ki, valideyinlərdə eyni münasibəti uşaqlarına göstərməlidilər.

Övladınızla asan ünsiyyət qurmaq üçün valideyinlərə kiçik sirləri təqdim edirik:

- Uşağınıza həm seçimində, həm də ona verdiyi göstərişlərdə bir qədər azadlıq verin

- Siz səbirli olmalısınız və heç bir halda uşağınızın üstünə qışqırmamalısınız və ya uşağınızı təhqir etməməlisiniz

- Uşağınızın ən yaxşı keyfiyyətlərini, güclü tərəflərini və bacarıqlarını görməlisiniz

- Uşağın vəziyyətini başa düşməyə çalışın və vaxtında qərar verməkdə ona köməklik göstərin.

- Daha mehriban olun.Bütün uşaqlar mehribanlığı sevir, mehriban valideynlər isə onlar üçün qəhrəman kimidirlər.

- Uşaqla mümkün qədər çox vaxt keçirməyə və onunla ünsiyyət qurmağa çalışın

- Uşağa xahişlə müraciət edin, əmrlərlə danışmayın.

- Onu tərifləyin və uşağınız yaxşı hərəkət etdiyi təqdirdə onu mükafatlandırın.

 

Tezliklə siz və uşağınız bir-birinizə olan münasibətdə addım-addım yaxşılaşmağa doğru irələyiş müşahidə edəcəksiniz.

- Uşaq sizi dinləməyə, söz və məsləhətlərinizə qulaq asmağa başlayacaq.

- Siz istəyinizi səbirlə izah etməyə bacaracaqsınız və uşağın sizin istəyinizi daha ətraflı başa düşməyini görəcəksiniz başlayacağını görəcəksiniz.

- Ünsiyyətiniz asan və rahat olacaq

- Uşağınız sizə güvənəcək və xırda məsələlərdə sizdən məsləhət gözləyəcək

 

Hər bir uşağın baxışları və vərdişləri formalaşmadıqdan öncə, onun tərbiyəsində uğurların əldə olunması daha asan olur. Ən əsası bu dövrü qaçırmamaqdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!