Qorxu hissini necə aradan qaldıraq
Adlı məqaləmizi sizlərə təqdim edirik
Qorxuların səbəbləri vaxtında araşdırılmalı və onu yaradan şərait aradan qaldırılmalıdır ki, uşağın psixikasında dərin iz buraxmasın. Valideynlər uşağın qorxu hissini görməməzliyə vurmamalıdır, həmçinin onun qorxusunu zarafata salıb, əhəmiyyətsiz hesab etməməlidir. Uşaq qorxursa ona sərt reaksiya vermək, danlamaq, utandırmaq, qorxmağın ayıb olduğunu demək doğru deyil.
Valideynlər uşaqlara qorxularının öhtəsindən gəlmələri üçün yardım edərkən bir sıra səhvlər edirlər:
Məsələn, uşaq itdən qorxursa, onu böyük itin yanına gətirməklə qorxusunun aradan qalxacağına inanırlar. Halbuki ilk olaraq körpənin balaca itlərlə oynamasına şərait yaratmaq lazımdır.
Digər nümunə, dənizdən qorxan uşağın məcburi suya salınması da uşağın qorxusunu aradan qaldırmaz. İlk olaraq övladızla birgə dənizi, orada oynayan uşaqları izləməli, dənizin kənarında oynamalı, ayaqları islatmalı və sonda dənizdə çimməsi məsləhət görülür.
Valideynlər, uşaqların hisslərinə hörmət etməli və bu hissləri onları dinləmək üçün bir fürsət olaraq düşünməliyik.