*Uşaqlarda özgüvənin inkişafına təsir edən amillər hansılardır ❓*
Adlı məqaləmizi sizlərə təqdim edirik❗
Özgüvən uşaqlıq dövründən formalaşmağa başlayır. Uşağın ilk illərində ailənin uşağa verdiyi mesajlarla formalaşan özgüvən, uşaq məktəbə başlayarkən müəllim və dostlardan ibarət mühitlə birlikdə inkişaf edir.
Özgüvənin inkişafında xüsusilə uşaqlıq dövrünün ilk 3-4 yaş arasındakı ata-ananın uşağa təsiri, uşağın özü haqqında fikirlərin yaranması, uşağı necə yetişdirməsi də özgüvənin yaranmasında son dərəcə önəmlidir. Uşağın əhatəsindən aldığı reaksiyaların nəticəsində özünə qarşı müsbət və ya mənfi fikir formalaşır.
Amma sevildiyini hiss etməyən, gözlədiyi yaxınlığı və münasibəti görməyən, onu başqa uşaqlarla müqayisə edən bir ailədə olan uşaq daim özünü dəyərsiz hiss edir və özgüvəni əksik böyüyür. Özgüvəni əksik uşaqlar öz duyğularında, qərarlarında həmçinin sosial əhatəsində çətinlik çəkirlər.
*?Özgüvən əksikliyinin göstəriciləri ...*
▪️ata,anaya bağlılıq;
▪️utancaqlıq və özünəqapalılıq;
▪️gec adaptasiya;
▪️daim ətrafdakı insanlara özünü təsdiq etməyə ehtiyac duyar;
▪️yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik;
▪️bacarmamaq qorxusu...
*?Uşaqlarda özgüvəni artırmağın yolları...**
▪️övladınızla yaxşı bir münasibət qurmağa çalışın, onda özünəinamsızlıq hiss etdiyinizdə dəstək olun;
▪️övladınızın bacarığını qiymətmətləndirin, təqdir edin;
▪️övladınızın potensialını anlamağa çalışın, edə bilməyəcəyi işlərə təhrik etməyin;
▪️övladınızı müqayisə etməyin, özünəinamı aşağı salan ən böyük səbəblərdəndir;
▪️ona müxtəlif tapşırıqlar verin, bu fəaliyyətdən sonra təqdiredici sözlər deməyi unutmayın;
▪️etdiyi səhvlər haqqında heç kimin yanında danışmayın, xüsusilə dostlarının...