Previous Next

İnsan Hüquqları Aylığı çərçivəsində gəlin öz hüquqlarımıza yaxından bələd olaq!

İnsan Hüquqları Aylığı çərçivəsində gəlin öz hüquqlarımıza yaxından bələd olaq!


İnsan hüquqları qoruyucu təbəqə kimidir: onlar bizi mühafizə ?️edir; onlar qaydalar kimidir, çünki bizə necə davranmalı olduğumuzu deyirlər; və onlar hakim kimidir, çünki onlara müraciət edə bilərik. Onlar mücərrəddir – hislər kimi; həmçinin, hislər kimi onlar hamıya məxsusdur və nəyin baş verməsindən asılı olmayaraq mövcuddur. Onlar təbiət ?️kimidir, çünki onlar pozula bilər; həmçinin, ruh kimidir, çünki onlar məhv edilə bilməz. Zaman kimi onlar hamımızla eyni cür rəftar edir – varlı və kasıb, qoca və cavan, ağ və qara, hündür və alçaqboylu olmağımızdan asılı olmayaraq. Onlar bizə hörməti təklif edir və bizdən başqalarına da hörmətlə yanaşmağı tələb edir.
Bizim ⤵️
✅bərabərlik;
✅azadlıq;
✅sülh;
✅firavanlıq;
✅yaşamaq;
✅mülkiyyət;
✅ədalət;
✅təhsil almaq;
✅təhlükəsizlik hüquqlarımız var.

"Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

✅Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
✅Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
✅Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır.Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!