Mən Uşaq Qaynar Xəttinə nə ilə bağlı zəng edə bilərəm?

Qaynar Xətt haqqında bir neçə söz

Siz Uşaq Qaynar Xəttinə istənilən problemlə bağlı zəng edə bilərsiniz? Əgər Sizdə qorxu hissi və ya özünənəzarətin itirilməsi və ya kiminləsə yalnız danışmaq ehtiyacı varsa, Siz Uşaq Qaynar Xəttinə zəng vura bilərsən. İnsanların bu xəttə müraciətinin səbəbləri ən çox bunlar ola bilər:

Narahatçılığınız olarsa, biz özünüzü hazır hesab etdiyiniz zaman Sizə dəstək və yardım göstərə bilərik. Uşaq Qaynar Xəttinin nömrələri: 4802280  və ya 050 680 22 80.

 

 Uşaq Qaynar Xəttinə zəng edərkən mənimlə aparılan söhbət necə olacaq?

Bizə zəng edərkən öz adınızı və Sizə bağlı olan hər hansı məlumatı verməmək imkanına malik olmaqla, keçirdiyiniz hisslərdən asılı olaraq, istənilən mövzu haqqında danışa bilərsiniz. Bundan əlavə, Sizi sevindirən və ya keçirdiyiniz hisslər haqqında danışa bilərsiniz. Həmçinin, biz Sizin suallarınıza cavab verə bilərik. Eyni zamanda, sizə kömək etmək üçün müəyyən suallar verə bilərik. Lakin siz bu suallara cavab vermək istəmirsinizsə, o zaman cavab verməkdən imtina etmək imkanına maliksiniz. Etdiyiniz birinci zəng zamanı əgər söhbət alınmayıbsa, yenidən zəng vurmaq imkanına maliksiniz.

İstədiyim an danışığı kəsə bilərəmmi?

 

 Bizə zəng etdiyiniz zaman danışığa Siz nəzarət edirsiniz, belə ki, istədiyiniz an söhbəti dayandıra bilərsiniz. Sonradan yenidən zəng vura bilərsiniz. Biz 24 saat ərzində xətdə oluruq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!