Previous Next

Dünyaya yeni bir körpə daha göz açdı..

 

2020-ci il Mart ayının 25də Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqı, UNİCEF və ƏƏSMN-nin dəstəyi ilə icra olunan və Şirvan şəhərində fəaliyyət göstərən "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Şirvan şəhər sakini Nehmədova N. 3-cü dəfə Keysəriyyə əməliyyatı olunmasına dəstək göstərilməsi üçün müraciət etmişdir. Ailənin aztəminatlı olması, hamilə qadının vəziyyətinin isə ağır olması və Şirvan şəhər xəstəxanasında əməliyyatın keçirilməsinin riskli olması səbəbindən müraciət Bakıya müvafiq qurumlara yönləndirilmiş və nəticədə 05 Aprel 2020-ci il tarixində Mərkəzin kordinatoru Ülviyyə Şahbazova ilə birgə Nehmətova N. Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin sosial xidmət mərkəzi olan Uşaq Hüquqlari Klinikasının rəsmi əməkdaşlığı əsasında "Leyla Medical Center" Tibb mərkəzinə səfər edərək ilkin müayinədən keçmiş və xəstəxana tərəfindən əməliyyatın təmənnasız edilməsi barədə dəstək göstərilmiş və tarix təyin edilmişdir.

Pandemiya dövrü və xüsusilə pasientin durumunun gərginliyinə baxmayaraq həm sosial işçilərimiz, həm yol polislərimiz və xüsusilə həkimlərimiz birgə əməkdaşlıqda dəstək göstərməkdən imtina etməmişdirlər, hər birinə göstərilən dəstəyə görə dərin minnətdarlığımızı bildirir və təşəkkür edirik!

Və budur 19 May 2020-ci bugün balaca körpə dünyaya göz açdı. Uşaq Huquqları Klinikasının və Gənclər üçün Təhsil Mərkəzinin əməkdaşları Leyla Medical Center Klinikasına səfər etmiş, ananın və körpənin səhhəti ilə yaxından maraqlanmaq məqsədilə Dr. Ginekoloq-Cərrah Aynurə Abdullayeva ilə həmsöhbət olmuşlar. Aynurə xanım, çətin əməliyyat olmasına baxmayaraq, ananın və körpənin səhhətində heç bir problem olmadığını bildirmişdir.

Biz də, aztəminatlı, sosial təhlükəli şəraitdə yaşayan ailələrin səhiyyə hüquqlarının təmin olunmasında və onların problemlərinin həllində əvəzsiz dəstəyinə görə Leyla Medical Center və əməliyyatı həyata keçirən Dr. Aynurə Abdullayevaya öz dərin təşəkkürümüzü bildiririk!

 

#ÜmidliGələcəkQHT #UşaqHüquqlarıKlinikası #GTMECY #UNICEFAzerbaijan #Uşaqqaynarxətti

#LeylaMedicalCenter #DrAynuraAbdullayeva

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!