Previous Next

UŞAQLARLA ÜMİDLİ GƏLƏCƏYƏ..

Bir ölkənin uşaqları o ölkənin varisləridir. Bu səbəblə övladlarınızla necə rəftar edər və böyüdərsinizsə, gələcəyinizi də onlara əmanət etmiş olarsınız. Uşaqlar dünyanın ən önəmli varlıqlarıdır. Dünyanın harasında olursa olsun, bütün uşaqlar xoşbəxt və sağlam olmalıdırlar və bütün millətlərin ortaq bir arzusu da bu olmalıdır.

Gələcək uşaqların əlindədir. Bir uşağın xoşbəxt və uğurlu olmasının başlıca şərti sevildiyini və güvəndə olduğunu hiss etməsidir. Həm valideynləri, həm də ətrafındakı insanlar tərəfindən sevilən uşaqlar, gələcək illərdə daha uğurlu işlərə imza atarlar. Buna görə də bütün uşaqlar sevilməlidir və bu sevgi onlara ən düzgün şəkildə hiss etdirilməlidir.

Gələcəyin parlayan ulduzları olan övladlarımıza QAYĞI və SEVGİ ilə yanaşıb, onları QORUYAQ.

GÜNÜNÜZ MÜBARƏK OLSUN! İŞIQLI, GÜLƏN ÜZÜNÜZ DAİM GÜLSÜN!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!