Previous Next

“Məktəb Psixoloqlarının İnkişafı” təlim kursu

Ümidli Gələcək Sosial Təşəbbüslər İB, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, USAİD və UNİCEF Azərbaycan ofisi ilə əməkdaşlıqda 2020-ci il ərzində sosial işçi, psixoloqlar, xüsusilə məktəb psixoloqları üçün “COVID-19 Pandemiyası və Karantin rejimi dövründə uşaqlar və ailələrlə ünsiyyət, onlayn psixoloji dəstək üzrə bacarıqlarının inkişafı” mövzusuna həsr edilmiş bir sıra təlimlər həyata keçirmişdir. 

Növbəti təlim isə məktəb psixoloqları üçün təşkil edilmişdir. Belə ki, Ümidli  Gələcək STİB-nin sosial xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin təşkilatçılığı ilə məktəb psixoloqlarının COVID-19 Pandemiyası dövründə uşaqlara və onların ailələrinə yaxından yardım göstərmək üçün virtual fəaliyyətin təkmilləşdirilməsi, ailələrlə ilkin tanışlıq, valideynlər və uşaqla söhbət zamanı zorakılıq və ya hər hansı psixoloji gərginliyin müəyyənləşdirilməsi, onlayn dəstək, zorakılğın aşkarlanması istiqamətində bilik və bacarıqların təkminləşdirilməsi mövzularına dair ZOOM elektron platforması üzərindən təlim başlanmışdır. 15 Dekabr 2020-ci il tarixindən başlanan 6 günlük “Məktəb psixoloqlarının İnkişafı” təlim kursu uğurla və maraqlı müzakirələrlə davam edir.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!