Previous Next

“İnsan Alverinə Qarşı Birlikdə Mübarizə!” mövzusunda vebinar

26 dekabr 2020-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və əməkdaşlıqda “İnsan alverinə qarşı birlikdə mübarizə!” mövzusunda vebinar keçirilmişdir. Vebinarda mövzuya həm psixoloji, həm də sosial aspektlərdən yanaşılaraq, “İnsan alveri anlayışı, «İstismar» deyəndə nə başa düşülür?, Kimlər vasitəsilə insan alverinin qurbanına çevrilirik?, Quldarlıq və insan alverinə qarşı ilkin təşəbbüslər haqqında məlumatlar” müzakirə olunmuş və iştirakçıların sualları psixoloq və sosial işçi tərəfindən cavablandırılmışdır. Vebinarda suallar ətrafındakı müzakirələrlə yanaşı bu çətin situasiya ilə qarşılaşdıqda necə mübarizə apararaq, qarşısının alınması yolunda uşaqlar, gənclər və valideynlərinlərin ala biləcəkləri tədbirlərlə bağlı bir sıra tövsiyələr də verilmişdir.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi adından Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinə bu hazırki dönəmdə vacib və faydalı hesab edilən təşəbbüs, təşkilatçılıq üçün minnətdarlığımızı bildirir və gələcəkdə qarşılıqlı əməkdaşlıqda davamlı digər mövzularda canlı efirlər keçirməyi diləyirik.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!