Previous Next

Unicef Azerbaijan və Azərbaycan Respublikası Təhsil Nazirliyi -nin dəstəyi ilə​ nazirliyin layihəsi olan "Məktəblinin Dostu" və Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin növbəti birgə əməkdaşlıq görüşü keçirilmişdir.

12 Mart 2022-ci il tarixində Unicef Azerbaijan və Azərbaycan Respublikası Təhsil Nazirliyi -nin dəstəyi ilə nazirliyin layihəsi olan "Məktəblinin Dostu" və Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin növbəti birgə əməkdaşlıq görüşü keçirilmişdir.

Görüş zamanı
-Uşaq Qaynar Xətti niyə önəmlidir?
-Uşaq Qaynar Xəttinə kimlər müraciət edə bilər?
-Uşaqlara hansı xidmətlər göstərilir?
-Uşaq Qaynar Xəttinin operatorları kimlərdi?
-Uşaq qaynar xəttinin fəaliyyət istiqamətləri nələrdir?
suallarına ətraflı cavab verilmiş və birgə müzakirələr edilmişdir. Eyni zamanda zorakılıq hallarının aşkarlanması və vaxtında müdaxilə barədə təqdimat nümayiş etdirilmişdir.
Onlayn görüş ərzində hazırda 226 məktəbdə fəaliyyət göstərən "Məktəblinin Dostu" əməkdaşları fəaliyyətləri dövründə rastlaşdıqları bir sıra problemlərlə bağlı suallar ünvanlamış və geniş fikir mübadiləsi aparılmışdır.

Maarifləndirici məqsəd daşıyan bu görüşün təşkil olunmasında dəstək göstərən UNİCEF, Təhsil Nazirliyi və "Məktəblinin Dostu" layihəsinin koordinatorlarına öz təşəkkürümüzü bildiririk!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!