Previous Next

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən “Humanitar fənlər təmayüllü məktəb-lisey”-də maarifləndirmə tədbiri keçirilmişdir

Bildiyiniz kimi “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda maarifləndirmə tədbirlərini davam edir.

Növbəti silsilə tədbir 10.03.2022-ci il tarixində “Humanitar fənlər təmayüllü məktəb-lisey”də baş tutmuşdur.
Maarifləndirmə tədbirində mərkəzin əməkdaşları ilə yanaşı həmçinin rəsmi əməkdaşlıq etdiyimiz Azərbaycan Universitetinin, təşkilatın xidmət mərkəzlərində istehsalat təcrübəsinə yönələn “Sosial İş” ixtisasının tələbələri də iştirak etmişdir. Tədbir zamanı “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu cür halların aradan qaldırılması” və “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s. haqqında məlumat verilmişdir. Əlavə olaraq hazırlanmış təqdimat, video-çarxlar və çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!