Previous Next

“Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti öz işini davam edir.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan “Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə daxil olan müraciətlər əsasında öz işini davam edir. Daxil olan müraciətlərə müvafiq olaraq uşaq və yeniyetmələr valideynləri ilə birgə Mərkəzə dəvət olunur və müraciətlə bağlı ətraflı müzakirələr aparıldıqdan sonra növbəti addımlar üçün hər keys üzrə (uşaqla bağlı) Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planına uyğun olaraq, Mərkəz qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələr, həmçinin onların valideynləri ilə sosial-psixoloji reabilitasiya proqramı çərçivəsində onlarla fərdi görüş, ailə şəraitinin qiymətləndirilməsi məqsədi ilə ailəyə səfərlər, təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq, qrup terapiyaları, ailə terapiyası, asudə vaxtın təşkili, maarifləndirmə kampaniyalarının təşkili həyata keçirilir.

Əsas məqsədimiz, gələcəyimiz olan uşaqlarımızın daha sağlam bir ailə mühitində inkişaf edərək, savadlı, öz ayaqları üzərində dura bilən, hüquq və vəzifələrini dərk edərək cəmiyyətimizə yararlı bir şəxsiyyət kimi formalaşmalarına kömək etməkdir.

Hər bir Uşaq və Ailələrin üzündə təbəssüm görmək bizim ən böyük Uğurumuzdur❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!