Previous Next

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti “Bakı Avropa Liseyi”-də maarifləndirmə tədbiri keçirmişdir.

Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbir 29.04.2022-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda “Bakı Avropa Liseyi”də baş tutmuşdur.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin “Narkomaniya”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzularında müzakirələr aparılmışdır.

Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!