Previous Next

Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 20.05.2022-ci il tarixində 51 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirtmişdir

Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbir 20.05.2022-ci il tarixində Bakı şəhəri Səbail rayon Polis İdarəsi ilə əməkdaşlıqda 51 nömrəli tam orta məktəbdə baş tutmuşdur.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin “Narkomaniya”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə” mövzularında müzakirələr aparılmışdır.

Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!