Previous Next

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 20.05.2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində maarifləndirmə tədbirləri təşkil etmişdir

Hörmətli izləyicilər,
Bildiyiniz kimi Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbir 20.05.2022-ci il tarixində Bakı şəhəri Baş Polis İdarəsi ilə əməkdaşlıqda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutmuşdur.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətt”-i haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin “Erkən nikaha yox deyək!” - erkən nikahın gənclərin, yeniyetmələrin təhsilinə, sağlamlığına və fərdi inkişafına vurduğu zərərlərlə bağlı mövzularda müzakirələr aparılmışdır.

Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!