Previous Next

Zorakılığa Məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 23.05.2022-ci il tarixində təmənnasız tibbi müayinələrin təşkili oldu.

Hörmətli izləyicilərimiz,

Bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa Məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələr üçün hər zaman müxtəlif tədbirlər, ekskursiyalar və aksiyalar keçirilir. Missiyamıza və Mərkəzin əsasnaməsinə uyğun olaraq müxtəlif dövlət qurumları ilə əməkdaşlıqda uşaqların hüquqlarının bərpası və müdafiəsi təmin edilir. Növbəti əməkdaşlıq xüsusilə uşaqların səhiyyə hüquqlarının qorunmasına dəstək və töhfə vermək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “1 İyun-Beynəlxalq Uşaqların Müdafiəsi Günü”münasibətiləc reabilitasiya keçən uşaq və yeniyetmələr üçün təmənnasız tibbi müayinələrin təşkili oldu.
Bu aksiyada iştirak edən uşaqlar bir neçə tibbi müayinələrdən keçmiş, bütün aparılan baxış və analizlərin nəticələri barədə valideynlərlə konsultasiya aparılaraq müvafiq tövsiyələr verilmişdir.

Uşaqlar aşağıda qeyd edilən tibbi xidmətlərdən yararlanmışdır:

☑️Exokardioqramma,
☑️Ümumi Qan Analizi,
☑️USM,
☑️Oftalmoloq
☑️Pediatriya
☑️Nevropatoloq və s.

Bu aksiya valideynlər və uşaqlar tərəfindən olduqca xoş qarşılanmış, yüksək qiymətləndirilmişdir. Mərkəz adınan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun tibbi heyətinə uşaq və yeniyetmələrimizin sağlam inkişafı istiqamətində göstərmiş təmənnasız müayinələrə görə öz təşəkkürümüzü bildirir və fəaliyyətlərində davamlı uğurlar arzu edirik❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!