Previous Next

Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələr üçün "SOS uşaq kəndlər-Azərbaycan" assosiasiyası tərəfindən təşkil olunan “Təhsil Forumu” lahiyəsi çərçivəsin

Hörmətli izləyicilər,

Bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələr üçün "SOS uşaq kəndlər-Azərbaycan" assosiasiyası tərəfindən təşkil olunan “Təhsil Forumu” lahiyəsi çərçivəsində keçirilən tədbirdə iştirak etmişdilər.

Tədbirə Azərbaycanda tanınmış şəxslər dəvət olunmuş və onların keçdiyi uğur yollarının sirrləri, məşğul olduğu sahələr ilə bağlı maraqlı məlumatlar müzakirə olunmuşdur. Görüşdə Qara Qarayev - Futbolçu, Serkan Koç  - Aşbaz, Kəmran Əsədov  - Təhsil eksperti və s. kimi qonaqlar iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd iştirak edən qonaqların öz uğurlu təcrübələrini uşaqlarla bölüşərək, onların gələcəyə, doğru addımlarla irəliləmək yoluna işıq tutmaq, təhsilə olan maraqlarının yaradılması, gələcəkdə uğurlu nailiyyətlərin əldə edilməsi və doğru peşə seçiminə öz töhfələrini verməkdir. Görüşün sonunda isə uşaqları maraqlandıran suallar cavablandırılmış və onlara maraqlı olan məqamlar haqda söhbətlər aparılmış, tövsiyələr verilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!