Previous Next

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində uşaqlar üçün tədbir təşkil olundu!

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində uşaqlar üçün Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Kompleksində tədbir təşkil olundu!
Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Ümidli Gələcək STİB sosial xidməti olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Kompleksi (@qala_museum ) ilə əməkdaşlıqda, mərkəzdə qeydiyyatda olan uşaq və yeniyetmələr üçün bayram tədbiri və ekskursiya təşkil edildi.
Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərində uşaqlar “Tunc” dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, xalça sənəti, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, müxtəlif heyvan növləri ilə tanış olmuşdular. Daha sonra, kiçik ziyarətçilərə heyvanlarla yaxından təmasda olmaq və onlara qayğı göstərmək şansı verilmişdir. Bununla yanaşı ekskursiya zamanı uşaqlar və yeniyetmələr Qoruğun fəaliyyəti və muzeyin yaranma tarixi ilə yaxından tanış olmuş və müxtəlif qədim peşələr üzrə ustalarla birgə fəaliyyətə cəlb edilmişdirlər.
Səfərin sonunda uşaqlar muzey daxilində yerləşən istirahət ocağında birgə nahar edərək günlə bağlı xoş əhval-ruhiyyələrini bölüşmüş, muzeylə bağlı maarifləndirmə və ekskursiya üçün Qoruğun rəhbərliyinə təşəkkürlərini bildirmişdirlər!
Ümidli Gələcək təşkilatı adından İçərişəhər Muzey Mərkəzi - Old City Museum Center və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür edirik!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!