Previous Next

76 nömrəli tam orta məktəblə əməkdaşlıqda məktəbin 7-ci sinif şagirdləri ilə növbəti qrup işi təşkil edilmişdir.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidməti illik fəaliyyət planına uyğun olaraq, müraciətlərin qəbulu ilə yanaşı uşaqlar arasında maarifləndirmə işlərini də davam edir. Maarifləndirmə işinin bir istiqaməti olaraq, valideyn-uşaq-məktəb əlaqələrinin gücləndirilməsi məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsi (@bakuedugovaz)və 76 nömrəli tam orta məktəblə əməkdaşlıqda məktəbin 7-ci sinif şagirdləri ilə növbəti görüş keçirilmiş və qrup işi təşkil edilmişdir. Qrup işində mərkəzin psixoloq və sosial işçiləri iştirak etmişdir.

10.06.2022-ci il tarixində məktəbdə keçirilən qrup işində şagirdlərlə “Tabu oyunu" keçirilmiş, oyunun gedişatı zamanı isə qarşılıqlı ünsiyyət və anlaşma, onun əhəmiyyətliliyi, qrup birliyi və həmrəyliyi vurğulanmışdır. Bu mövzu üzərindən qrup işinin keçirilməsi şagirdlərin özlərini daha yaxşı ifadə etmələri, sinif yoldaşları ilə aralarında sağlam ünsiyyətin qurulmasında dəstək xarakteri daşımaqla yanaşı həmçinin mənfi emosiyaların müsbətlə əvəzlənməsinə, üzlərində təbəssümün yaranmasına səbəb oldu.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə ❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!