Previous Next

“Milli İnsan Hüquqları Günü”nə həsr edilmiş qrup işi keçirilmişdir.

İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Aparatının elan etdiyi 18 may-18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində
Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzlərindən biri olan “Zorakılığa məruz qalmış uşaq və gənclər üçün sosial reabilitasiya mərkəzi”ndə 28.06.2022-ci il tarixində yeniyetmələrimizlə birgə “Milli İnsan Hüquqları Günü”nə həsr edilmiş qrup işi keçirilmişdir.

Qrup işi zamanı gələcəyimiz olan yeniyetmə və gənclərimizə “İnsan Hüquqları”nın önəmliliyi, onun həyatımızdakı rolu, uşaqların belə erkən yaşlarından öz hüquqları barədə məlumatlandırılması, öz hüquq və vəzifələrini bilərək gələcəyə doğru inkişaf yolunda müzakirələr aparılmışdır. O cümlədən, uşaqlar arasında effektiv ünsiyyətin qurulmasına dəstək məqsədilə "İsinmə oyunu", həmçinin qrup birliyi, həmrəyliyinin inkişafı və hüquqlarla bağlı öyrəndiklərimizin möhkəmləndirilməsi istiqamətində "Hüquqlarımızın xəritəsi" adlı qrup oyunu keçirildi. Qrup işində mərkəzin psixoloq və sosial işçiləri də iştirak edərək, yeniyetmələrlə birgə maraqlı və aktiv dəqiqələr keçirmişlər.

Bu günün önəmliliyi vurğulanaraq, bu mövzu ətrafında maarifləndirci tədbirlərin, qrup işlərinin aparılması cəmiyyət və dövlətimiz üçün yararlı olan gənclərin yetişdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!