Previous Next

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində "Fincan oyunu" qrup işi keçirildi

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

15.07.2022-ci il tarixində də mərkəzdə qeydiyyatda olan uşaqlarla birgə əyləncəli bir gün keçirdik. Belə ki, ilk olaraq onlarla qrupa uyğunlaşma, yeni dostlarla ilkin ünsiyyətin qurulmasına dair "Fincan oyunu" keçirildi. Sonra isə uşaqlar arasında "Mən özgüvənliyəm" adı altında "Sehirli Köynək" oyunu keçirilərək maraqlı qrup işi təşkil edilmişdir. Bu həm onların özlərini daha yaxşı hiss etmələri üçün çox faydalı olmaqla yanaşı həmçinin də onlarda özgüvənin artırılması və bacarıqların müəyyənləşdirilməsi istiqamətində müsbət rol oynamışdır. Azyaşlıların eyni komanda üzvü olması onların sosiallaşmasına, bir-birinə dəstək olmasına, qrup birliyi və həmrəyliyinin yaranmasına səbəb olmuş olur.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq!
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!