Previous Next

Aylıq Fəaliyyət Planı

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İB sosial xidmət mərkəzi olan “Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”fərdi şəkildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən vətəndaşlarla yanaşı, həmçinin müvafiq qurumlardan yönləndirmə əsasında öz işini davam edir. Daxil olan müraciətlərə müvafiq olaraq uşaq və yeniyetmələr valideynləri ilə birgə Mərkəzə dəvət olunur və ilkin tanışlıq, araşdırma, sorğu aparıldıqdan sonra növbəti addımlar üçün hər keys üzrə (uşaqla və ailə ilə bağlı) Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planına əsasən, Mərkəz qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələr, həmçinin onların valideynləri ilə sosial-psixoloji reabilitasiya proqramı çərçivəsində fərdi konsultasiyalar, ailənin sosial qiymətləndirilməsi məqsədi ilə ailəyə səfərlər, təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq, uşaq, yeniyetmə və gənclərin təhsilə yönləndirilməsinə dəstək, qrup terapiyaları, ailə terapiyası, asudə vaxtın təşkili və maarifləndirmə tədbirlərinin təşkili həyata keçirilir.

Əsas məqsədimiz, gələcəyimiz olan uşaqlarımızın daha sağlam bir ailə mühitində inkişaf edərək, savadlı, öz ayaqları üzərində dura bilən, hüquq və vəzifələrini dərk edərək cəmiyyətimizə yararlı bir şəxsiyyət kimi formalaşmalarına kömək etməkdir.

Hər bir Uşaq və Ailələrin üzündə təbəssüm görmək bizim ən böyük Uğurumuzdur!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!