Previous Next

Astagəl uşaqlar haqqında 3 mif və niyə onları tələsdirmək olmaz?

Astagəl uşaqlar haqqında 3 mif və niyə onları tələsdirmək olmaz? 


Astagəl uşaqlar çox hallarda olduğu kimi qəbul edilmir. Asta hərəkət edən uşaqları həmişə tələsdirirlər və buna görə onlar ən yaxın insanların dəstəyindən məhrum olurlar. Bunun səbəbləri fərqli ola bilər.
Sinir sisteminin inkişafının anadangəlmə və irsi xüsusiyyətləri nəticəsində lənglik ola bilər. Bu halda, uşaqlar, bir qayda olaraq, hər cür fəaliyyətlərdə ləng davrana bilər – oyunlarda, evdə, gəzinti zamanı və ünsiyyətdə. Ancaq ləngliyin müəyyən fəaliyyət növlərində özünü göstərən bir növü də var. Bu məqalədə astagəl uşaqlar haqqında üç mif açıqlanacaq və onları nə səbəbdən tələsdirməyin qadağan olduğunu bildirəcəyik.

MİF 1. ASTAGƏL UŞAQLAR GERİDƏ QALAN ŞAGİRDLƏRDİR.
Bu ümumi fikir yalandır. Əslində, astagəl uşaqlar çox ağıllı və istedadlı olurlar. Onlarda oxumaq qabiliyyəti daha tez inkişaf edə bilər. Bundan əlavə, bu cür uşaqlar tez fikirləşməli olan sahələrdə (riyaziyyat, təbiət elmləri və s.) qabiliyyət nümayiş etdirirlər.

MİF 2. ASTAGƏL UŞAQLAR HƏR ŞEYİ DAHA SÜRƏTLİ EDƏ BİLƏRLƏR, AMMA İSTƏMİRLƏR.
Əslində, yavaş bir uşaq sürətli hərəkət edə bilər, lakin özbaşına tempi dəyişə bilməz. Bu astagəlliyin - mərkəzi sinir sisteminin xarakterik xüsusiyyəti olduğunu anlamaq vacibdir.

MİF 3. Astagəl uşaqlar haqda bir düşüncə "onlar pis başa düşürlər". Lənglik intellektual fəaliyyətlə, daha doğrusu, onun keyfiyyəti və səmərəliliyi ilə heç cür bağlı deyil.

NƏ ÜÇÜN ASTAGƏL UŞAQLARI TƏLƏSDİRMƏK OLMAZ?

Bu cür uşaqlar tez-tez ağılsız və heçnəyə yaramayanlar kimi adlandırılırlar. Amma eyni zamanda onların real qabiliyyətləri deyil, iş tempi qiymətləndirilir. Lakin, belə uşaqlar heçdə ağılsız deyil, hətta bəzi hallarda onların intellektual səviyyə bacarıqları digər uşaqlardan üstün ola bilər.

İndiki dövrdə astagəl uşaqları tənbəl hesab edirlər və buna görə yaşıdları tərəfindən zorakılığa məruz qalırlar. Bu isə ona gətirib çıxarır ki, belə uşaqlar özünə inamsız insanlar kimi böyüyürlər və öz potensiallarını reallaşdıra bilmirlər.

Psixoloqların iddia etdiyi kimi, uşağın astagəl olması heç də onun normal inkişafına mane olmur. Həmin uşaqlar təhsildə uğurlar qazanmağa və yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa qadirdirlər, amma bunlar hamısı onların öz templəri ilə həyata keçirilir.
Sadəcə təsəvvür edin ki, hər gün uşaq sizdən bunları eşidir: "daha sürətli gəl", "daha cəld yemək ye", "daha cəld geyin", "daha sürətli düşün". Təəccüblü deyil ki, belə bir vəziyyətdə uşaqlar özlərini ana üçün əlavə yük kimi hiss edirlər və özünəgüvən hissini itirirlər.

Daim günahkarlıq hissi bu uşaqları gələcəyə ümiddən məhrum edir və onları daha da astagəl edir. Uğursuzluq, yaxınları tərəfindən daim tənqid olunmaq, xroniki stressin yaranmasına səbəb olur ki, bu da bir sıra xoşagəlməz nəticələrə gətirib çıxarır.

Bu cür uşaqlar yalnız valideynlərdən və yaxınlardan dəstək alaraq, yaşadıqları çətinliklərin öhdəsindən gələ bilər. Valideynlər başa düşməlidir ki, uşaqlarını olduğu kimi qəbul etməlidi və yaranan çətinlikləri dəf etməyə kömək etməlidilər.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!