Previous Next

“Sağlam Həyat Tərzi və Reproduktiv Sağlamlıq” mövzusunda maarifləndirmə və məlumatlandırma tədbiri təşkil olundu.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalar, qrup işləri və xüsusi maarifləndirici tədbirlər mütəmadi təşkil edilir.

Növbəti tədbir, 17.08.2022-ci il tarixində mərkəzdə qeydiyyatda olan yeniyetmə qızlar üçün təşkilatın “Reproduktiv Sağlamlıq” proqramının təlimçisi tərəfindən “Sağlam Həyat Tərzi və Reproduktiv Sağlamlıq” mövzusunda gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən və zorakılıqdan qorunması, habelə yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda geniş maarifləndirmə və məlumatlandırma tədbiri təşkil olundu.

Tədbir aşağıdakı mövzuları əhatə etmişdir:

-Reproduktiv sağlamlıq nədir?
-Yeniyetməlik dövrünə xas xüsusiyyətlər;
-Qızların Cinsi yetişkənliyi və fiziki dəyişikliklər;
-Yaş dövrü ilə bağlı emosional dəyişikliklər;
-Fizioloji dəyişikliklər;
-Menstruasiya (aybaşı) dövrü zamanı nələri bilməli?
-Menstrual (aybaşı) təqvimin aparılması;
-Sağlam həyat tərzinin təbliği;
-Ümumi gigiyena qaydaları;
-Şəxsi gigiyena və özünəqulluq qaydaları;
-Gündəlik qidalanma rejimi və s.

Tədbir zamanı aparılan müzakirələrdə yeniyetmə qızlar olduqca fəal iştirak etmiş və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.
Belə bir mövzuda daha bir tədbirin mərkəzdə qeydiyyatda olan yeniyetmə oğlanlarla da aparılması planlaşdırılır.

Hər gəncimizin sağlam və üzündə daim təbəssüm görmək diləyilə!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!