Previous Next

“Sağlam Həyat Tərzi və Reproduktiv Sağlamlıq” mövzusunda maarifləndirmə və məlumatlandırma tədbiri təşkil olundu.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi və Yuvenal Ədliyyə Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalar, qrup işləri və xüsusi maarifləndirici tədbirlər mütəmadi təşkil edilir.

Növbəti tədbir, 09.09.2022-ci il tarixində mərkəzdə qeydiyyatda olan yeniyetmə oğlanlar üçün “Reproduktiv Sağlamlıq” sahəsində ekspert olan Teymur Hüseynov tərəfindən “Sağlam Həyat Tərzi və Reproduktiv Sağlamlıq” mövzusunda gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən və zorakılıqdan qorunması, habelə yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda geniş maarifləndirmə və məlumatlandırma tədbiri təşkil olundu.

Tədbir aşağıdakı mövzuları əhatə etmişdir:

-Reproduktiv sağlamlıq nədir?
-Yeniyetməlik dövrünə xas xüsusiyyətlər;
-Oğlanların cinsi yetişkənliyi və fiziki dəyişikliklər;
-Yaş dövrü ilə bağlı emosional dəyişikliklər;
-Fizioloji dəyişikliklər;
-Sağlam həyat tərzinin təbliği;
-Ümumi gigiyena qaydaları;
-Şəxsi gigiyena və özünəqulluq qaydaları;
-Gündəlik qidalanma rejimi və s.

Tədbir zamanı aparılan müzakirələrdə yeniyetmələr olduqca fəal iştirak etmiş və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.

Hər bir gəncimizi sağlam və üzündə daim təbəssüm görmək diləyilə.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!