Previous Next

31.01.2023-cü il tarixində də mərkəzdə qeydiyyatda olan yeniyetmələrlə birgə "2 fevral Gənclər Günü" çərçivəsində tədbir keçirilmişdir.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

31.01.2023-cü il tarixində də mərkəzdə qeydiyyatda olan yeniyetmələrlə birgə "2 fevral Gənclər Günü" çərçivəsində əyləncəli bir gün keçirdik. Belə ki, ilk olaraq yeniyetmələrlə birgə gənclik dövrünün insan həyatında önəmli yaş dövrü olması, gənc olarkən edilən yanlışların və qazanılan nailiyyətlərin insanın gələcək həyatına əsaslı təsiri haqqında söhbət aparılmışdır. Daha sonra onlarla qrupa uyğunlaşma, yeni dostlarla ilkin ünsiyyətin qurulmasına dair "isinmə oyunu" və bir-biriləri ilə tanışlıq üçün "intervyu oyunu" keçirildi. Davamında isə uşaqlar arasında "sensor oyunu" keçirilərək maraqlı qrup işi təşkil edilmişdir. Bu həm onların özlərini daha yaxşı hiss etmələri üçün çox faydalı olmaqla yanaşı, əyləncəli vaxt təşkili istiqamətində, həmçinin də gənclərin sosiallaşmasına, qrup birliyi və həmrəyliyinin yaranmasına səbəb olmuşdur.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq❗
Ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinə bizlər də öz növbəmizdə töhfə verməli, gənclərin uğurlu gələcək qurmalarına dəstək olmalıyıq❗
Hər bir övladın üzündə daim təbəssüm görmək diləyilə, Gənclərimizi "2 fevral Gənclər Günü" münasibətilə təbrik edirik❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!