Previous Next

YouthCan! layihəsi çərçivəsində Ümidli Gələcək STİB-nin sosial xidməti olan “Zorakılıq və Cinayətin Qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”nin benefisiarları ilə görüş keçirilib.

 

YouthCan! layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidməti olan “Zorakılıq və Cinayətin Qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”nin benefisiarları ilə görüş keçirilib. Zorakılıq və cinayətin qurbanı olan uşaqlara, gənclərə və onların ailələrinə mərkəzdə ixtisaslaşmış xidmət göstərilir.

Layihənin məqsədi gənclərin uğurlu məşğulluğunu dəstəkləməkdir. Görüşdə keçirilən workshop-da iştirak edən gənclər işə yiyələnmək üçün lazım olan əsas bacarıqları aşkarlayaraq onların üzərində işləyiblər.

Həmçinin, gənclər iş tapmaq yolunda çıxan maneələri aşmaq və tələb olunan işçi olmaq üçün lazımlı biliklər əldə ediblər.

2011-ci ilin avqust ayından etibarən “Zorakılıq və Cinayətin Qurbanı Olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmış və 12 ildir ki, fəaliyyətini davam etdirir. Mərkəzin əsas məqsədi kənd və şəhərdə yaşayan hər hansı cinayət və zorakılığa, o cümlədən, məişət zorakılığına, cinsi, fiziki və emosional zorakılığa, etinasızlığa, əməyin istismarına sövq edilən, valideynlərinin və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən, həmyaşıdları tərəfindən qısnamaya məruz qalan və sosial dezadaptasiyadan əziyyət çəkən uşaq və gənclərə ixtisaslaşmış yardım göstərməyə yönəlmişdir.

Workshop-da iştirak edən gənclərimizə təşəkkür edir və daim uğurlu olmaqlarını arzulayırıq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!