Previous Next

"İmtahan Stresinə Qalib Gələcəyik" mövzusunda maarifləndirici qrup terapiyası keçirdi.

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək STİB-in sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlərin təşkili davam edir.

Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş orta məktəblərin 9 və 11-ci sinif şagirdlərinin Mart-Aprel aylarında buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar xidmət mərkəzi yeniyemələrlə 02.03.2023-cü il tarixində "İmtahan Stresinə Qalib Gələcəyik" mövzusunda maarifləndirici qrup terapiyası keçirdi. Belə ki, ilk olaraq yeniyetmələrlə birgə imtahanın insan həyatındakı rolu, imtahan həyəcanının baş vermə səbəbləri, bundan sonra yaranan fizioloji və psixoloji reaksiyalar barəsində əsaslı söhbət aparılmışdır. Daha sonra gənclərə imtahan stresinin ölçülməsi məqsədilə test verilmiş, dərs oxuyarkən diqqətin yayınmaması istiqamətində texnikalar, həmçinin rahatlama məşqləri də izah edilmişdir. Davamında isə yeniyetmələrə imtahanla bağlı tövsiyələr verilmişdir. Bu kimi texnikalar stresli məqamlarda onların özlərini daha yaxşı hiss etmələri üçün çox faydalı olmaqla yanaşı, stressi idarə etmə istiqamətində, həmçinin də gənclərdə özgüvənin yaranmasına kömək edir.

Bu cür tədbirlərin imtahanlar boyu davamlı keçirilməsinə çalışacağıq!
Ölkəmizdə gənclərin uğurlu gələcək qurmalarına dəstək olmalıyıq!
Əziz valideynlər, İmtahan ərəfəsində övladınızdan diqqət, qayğı və dəstəyinizi əsirgəməyin.
Hər bir gəncə imtahanda bol şans və uğur arzu edirik!

Əziz gənclər, özünüzə güvənin. Unutmayın, özünəinam qələbənin yarısıdır!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!