Zirvəyə aparan yol

İnsan həyatı boyu müəyyən bir mövqeyə çatmaq üçün çalışır. İstər təhsilində, istərsə də iş həyatında  uğur qazanmaq, başqalarından üstün olmaq istəyir. Bunun üçün çox çalışır, vaxt sərf edir, bəzən isə  məyusluq yaşayır. Arzuya çatmaq yolunda hər biz əziyyətə və zəhmətə dözür. Bəzən zirvəyə aparan yolda bizi uğursuzluqlar,  məyusluqlar qarşılayır. Düşündüyümüz, xəyal etdiyimiz şeylərin heç də biz istəyən kimi olmadığını anlayır, zirvəni isə əl çatmaz hesab edirik. Bizi zirvəyə aparan yolda gözləmədiyimiz hallarla qarşılaşır, bizim üçün yaxşı və pis olanı ayırd edə bilmirik. Qarşımıza qoyduğumuz məqsədimizə çatmaq istəyir, bunun üçün qurbanlar veririk. Zirvəyə çatıb geriyə baxdıqda isə əldə etdiyimiz uğurlara görə sevinir, yeni uğurlara çatmaq üçün can atırıq. Amma zaman-zaman biz zirvəyə çatmır, yarıyolda qalırıq. Bu hallar bizdə ruh düşkünlüyü yaradır, gələcək uğurların qarşısına sanki sədd çəkmiş olur. Belə hallarda nə edəcəyimizi bilmir, çıxış yolu axtarırıq.

Zirvəyə çatmaq yolunda etməli olduqlarımız:

 

·        İlk öncə arzuladığımız “zirvə”də olmağın mənfi və müsbət tərəflərini aydınlaşdıraq. Həqiqətənmi biz həmin mövqedə olmaq istəyirik? Arzumuz bizi həqiqətənmi xoşbəxt edəcək? Bu kimi suallara özlüyümüzdə cavab tapmalı bundan sonra zirvəyə doğru addımlamağa davam etməliyik.

·        Zirvəyə aparan yol heç də əziyyətsiz, maneələrsiz olmur. Qarşımıza çıxan çətinliklər, uğursuzluqlar bizi məyus edir. Belə olan halda ailəmiz, yaxınlarımız köməyimizə çatır. Dəyər verdiyimiz, sevdiyimiz insanların dəstəyi bizdə ruh yüksəkliyi yaradır, bizi arzumuza çatmağa daha da həvəsləndirir.

·        Zirvəyə gedən yolda sizi nələrin gözlədiyini düşünün. Bəzən seçdiyimiz yol bizi arzumuza çatdırmaya bilər. Bu yolu getməzdən əvvəl qarşınıza çıxacaq müsbət və mənfi halları, maneələri araşdırın. Doğru hesab etdiyiniz işin

ardınca getməkdən çəkinməyin.

·        Tez-tez çatacağınız zirvə haqda fikirləşin. Arzunuzun reallaşdığını, çəkdiyiniz əziyyətin bəhrəsini gördüyünüzü təsəvvür edin. Bunlar sizə ruh  yüksəkliyi verəcək, qarşınıza çıxan maneələri keçməkdə sizə kömək olacaqdır.

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!