Özünəinamın artırılması yolları

Bəzən elə bir hallarla qarşılaşırıq ki, köməyimizə yalnız özümüzə olan inamımız çatır. “Bacara bilmərəm” dediyimiz vaxtlarda, ümidsizlik halında da belə daxildən bir səs əslində bacara biləcəyimizi, hər şeyin öz əlimizdə olduğunu söyləyir. İnsanın özünə olan bu inamını daxili güc adlandırmaq olar. Daxili güc insanın qabiliyyətlərinin üzə çıxmasına təkan verir. Başqa sözlə, özünəinam istəklərimizi həyata keçirmək üçün bir vasitədir. Özünəinam ehtiyacımız olan ən vacib şeydir. Həyatda uğur qazanmış bir insanı analiz etsək görərik ki, onun istedadı, savadı, qabiliyyəti ilə yanaşı, özünəinam hissi də yüksəkdir.

·        Gəlin düşünək... Özünəinamın zəif olmasına səbəb nədir? Yüksək potensiallı, savadlı, qabiliyyətli, bacarıqlı bir insan bəzən olur ki, həyatda layiq olduğu mərtəbəyə yüksələ bilmir. Bununda başlıca səbəbi özünə olan inamsızlıqdı. Biz çalışmalıyıq ki, öz uğurlarımızı başqalarının uğurları ilə müqayisə etməyək, kiməsə bənzəməyə çalışmayaq. Özümüzü başqaları ilə deyil, öz keçmişimizlə müqayisə edək, hər gün ən azından bir addım irəliyə getməyi qarşımıza məqsəd qoyaq. Əgər biz belə etsək daha çox uğur qazanmış olarıq.

·        Özünəinamsızlığın yaranmasına nələr təsir edir? İşini sonuna qədər çatdıra bilməyənlər, səbrsiz və tənbəl insanlarda da özünəinam hissi aşağı olur. Belə ki, işi axıra kimi çatdırmaq çox vacibdir. Yarımçıq qalan iş insana ağır yük kimi görünür və güvən hissini azaldır. Buna görə də çalışmalıyıq ki, başladığımız işi sonadək çatdıraq, çünki qazanılmış kiçik bir uğur belə insanda güvən hissinin artmasına səbəb olur.

·        Özünəinam hissinin azalmasına səbəb olan amillərdən biri də utancaqlıq hissidir. Utancaqlıq özünəinamı azaldır və nailiyyət əldə etməmizə mane olur. Çox yaradıcı fikirlərimiz olsa belə utancaqlıq hissi varsa, bu fikirlərin heç bir dəyəri qalmır, çünki biz onları ifadə edə bilmirik. Əgər biz utancaqlıq hissinin öhdəsindən gəlməyi bacarsaq, öz gücümüzə, qabiliyyətimizə inansaq ancaq bu halda uğur və nailiyyətlər əldə edə bilərik.

 

·       Bəs özümüzə inamı necə artıra bilərik? Daha çox ünsiyyət qurmaqla, bədii kitablar oxumaqla, öz xarici görünüşümüzə diqqət yetirməklə, idmanla məşğul olmaqla, səliqəli və zövqlü geyinməklə özümüzə olan inamımızı artıra bilərik. Bu vaistələrdən əlavə olaraq ən başlıcası ətrafımızda bizə inanan insanların da olmasıdır. 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!