Səhvlərimizdən nəticə çıxara bilirikmi?

Kiçik yaşlarımızdan böyüklərimiz bizə səhv etməmək üçün tövsiyələr verirlər. Bəzən biz onları dinləyir, bəzən isə hər şeyi özümüz həll edə biləcəyimizi düşünüb böyüklərə qulaq asmırıq. Qərarlarımızın səhv və ya düz olub-olmamasını bilmədən bir addım atırıq. Səhv edəcəyimizi düşünsək risk edə bilməz, yeni naliyyətlərdən, bizim üçün vacib olan şeylərdən kənar qalarıq. Bəzi insanlar öz səhvlərini yalnız başqa insanlarda görür, özlərini baş verən hadisədə günahlandırmırlar. Digər insanlar isə tam əksinə olaraq ən sadə səhv  olsa belə bunun səbəbini özlərində görürlər. Bu sadalanan insanlardan fərqli olaraq səhv edib ondan nəticə çıxarmağa çalışan insanlar da var. Hər bir insan səhv edə bilər, əsas olan o səhvi qəbul edib ondan nəticə çıxarmaqdır. Bəs biz necə edək ki, səhvlərimizlə üzləşə, ondan nəticə çıxara bilək?

·        İlk öncə özümüzə sual verərək səhvlərimizi aydınlaşdırmalıyıq. Mən harda səhv etdim? Nə etməli idim? Etdiklərimizi və etməli olduqlarımızı beynimizdə fərqləndirərək düzgün qərar əldə edə bilərik.

·        Səhvi qəbul etmək düzgün qərar üçün atılmış ilk addımdır. Ona görə etdiyimiz hər hansı bir hərərkətin və ya dediyimiz hər hansı bir sözün yalnış olduğunu qəbul edərək düz istiqamətə doğru addımlaya bilərik. Lazım olduqda isə səhvimizə görə üzr istəməyi də bacarmalıyıq.

·        Səhv etdiyiniz zaman məyusluq yaşamamaq üçün edilən səhvin müsbət tərəflərini düşünün və onun sizə öyrətdiklərindən dərs almağa çalışın. Səhvlərimizi irəli addımladığımız zaman bir daha təkrar etməmək üçün cəhd etməliyik.

 

·        Ən önəmlisi hər bir insanın səhv edə biləcəyini və bunun normal hal olduğunu bilin. Önəmli olan bir səhvi dəfələrlə təkrar etməmək və səhvlərdən düzgün nəticə çıxararaq onlarla üzləşməyi bacarmaqdır. 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!