Bugün Beynəlxalq Qızlar Günüdür

BMT Baş Assambleyasının 2011-ci ildə verdiyi təklifə əsasən, 2012-ci ildən etibarən hər il 11 oktyabr tarixi “Beynəlxalq Qızlar Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır

Qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir.

 Qızlarınızı sevin. Atalar qızlarının ilk sevgisi olur unutmayın. Qızlarınızı sevin. Elə sevin ki, vaxtından əvvəl sizdən başqa heç bir kişinin sevgisinə ehtiyac duymasınlar.  Elə şiddətli sevin ki, əsl sevgi ilə müvəqqəti eşqbazlığı bir-birindən ayırsınlar. Qısqanclığı və məhdudiyyəti mütləq sevginin doğurduğunu saymasınlar. Elə gözəl sevin ki, sevgidəki təmizliyi, məsumluğu dərk etsinlər. Onu yalanlarda, xəyanətlərdə, lazımsız həyatlarda axtarmasınlar. Qızlarınıza sadiq olmağı öyrədin. Asanlıqla qəlb qıran, can yandıran, zülmkar olmasınlar. Qızlarınıza dəyər verin ki, onlar da öz dəyərlərinin fərqinə varsınlar. Onlara həyatın yalnız pozitiv və müsbət çeylərdən ibarət olmadığını öyrədin. Qoy çətinliklə üzləşdikcə qaçmasınlar. Hər ayaqları büdrədikdə yanlarında olun, amma hər dəfəsində əllərindən tutub qaldırmayın. Onlara yıxıldıqda qalxmağı öyrədin.

Unutmayın ki, qadağalar onlara qarşı çıxmaq hissini doğurur.

Qızlarınızı təhsildən yayındırmaq yerinə, təhsildəki uğurlarını necə yönləndirməsini izah edin!

Cəmiyyətdəki inkişaf və iştirak hüquqlarının ilk müdafiəçisi məhz siz olun!

Onların sağlamlığının qayğısına qalın. Yalnız fiziki sağlamlıq deyil mühüm olan, sevgi və qayğınızla psixi sağlamlığını da inkişaf etdirin.

 

Unutmayın, sağlam bədəndə sağlam ruh olar!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!