Previous Next

TEZ-TEZ VALIDEYNLƏR TƏRƏFİNDƏN VERİLƏN SUALLAR VƏ PSİXOLOQ MƏSLƏHƏTİ

TEZ-TEZ VALIDEYNLƏR TƏRƏFİNDƏN VERİLƏN SUALLAR VƏ PSİXOLOQ MƏSLƏHƏTİ

 

1.Əgər övladım başqalarının əşyalarını götürürsə nə etməliyəm?

Cavab:

-         Müəyyənləşdirməyə çalışın övladınızın bu hərəkəti təsadüfən olub yoxsa məqsədli və planlı şəkildə edib.

-         Övladınıza “mənim”, “özgənin” anlayışları arasında fərqi izah etməyə cəhd edin.

-         Götürdüyü əşyanı sahibinə geri qaytarmaqda kömək edin, onunla birliktə gedin, mənəvi dəstək olun.

-         Övladınıza etik qaydaları başa salın, başqasının əşyasını götürməzdən əvvəl mütləq sahibindən icazə almağı öyrədin.

-         Hər insanın etdiyi hərəkətlərə başqasının yox, özünün cavabdeh olduğunu öyrədin. 

-         Övladınıza etdiyi səhvləri etiraf etməyə şərait yaradın, bu şəraiti elə qurun ki, övladınız sizə kimsə onu oğurluqda günahlandırmazdan əvvəl səhvini etiraf edə bilsin.

 

 

2.Övladım bütün gün yatır, həddən artıq tənbəldir, nə edə bilərəm?  

-         Mütəmadi olaraq insanın nə üçün əməklə məşğul olmalı olduğunu söyləyin, tənbəllik və işsizliyin nə demək olduğunu, işsiz insanların necə əzab çəkdiyini əyani olaraq göstərin.

-         Uşağınızın təkbaşına edə biləcəyi işi onun yerinə özünüz etməyin. Əks halda o sizdən hər zaman xadimə kimi istifadə edəcək.

-         Övladınıza onun gücünə uyğun tapşırıqlar verin. Məsələn, evdə “sənin qarşında iki seçim var, sən ya süfrəni düzəltməkdə ya da qabları yumaqda mənə kömək edəcəksən, hansını istəyirsən?” bu tipli suallar verməklə ona evdəki vəzifələrini icra etməkdə yardım edə bilərsiniz.

-         Öz tələblərinizdə qətiyyətli olun, sonuna qədər öz istəyinizdən əl çəkməyin.

-         Başladığınız işi axıra kimi aparın və övladınıza da bunu öyrədin.

 

3. Övladım dərslərini pis oxuyursa nə edə bilərəm?

Məktəbdə uşaqların dərslərini pis oxumasının 3 əsaslı səbəbi var:

1.     İdrak prosesləri ilə əlaqədar olan beynin hansısa şöbələrində pozuntunun baş verməsi uşağa oxumaqla bağlı problemlər yarada bilər. Bu zaman uşağın psixi və fiziki inkişafını daha dəqiq öyrənmək, diaqnostika və korreksiya aparmaq şərti ilə bir sıra mütəxəssislərin (loqoped, psixoloq, psixiatr, nevropatoloq ) müayinəsindən keçirmək lazımdır.

2.     İkinci səbəb olaraq “pedaqoji baxımsızlığı” qeyd edə bilərik. Pedaqoji baxımsızlıq dedikdə, biz, valideynlərin bilərəkdən öz övladlarını müntəzəm təhsildən, adekvat nəzarətdən uzaq tutması nəticəsində uşaqlarda yaranan inkişafda geri qalmanı nəzərdə tuturuq.

3.     Üçüncü əsaslı səbəb kimi biz uşağın emosional sferasındakı çatışmazlıqları göstərə bilərik. Bunlara məktəbdə sosial adaptasiyanın pozulması, öz sinif yoldaşları və müəllimləri ilə konfliktlərin olması, ailə daxilində güclü stresslərin yaşanması, valideynlərin boşanması, ailədə yaxın adamın itirilməsi, məktəbin dəyişdirilməsi, zorakılıq və digər səbəblərdən uşağın təhsilə tam olaraq diqqətini mərkəzləşdirməsinə mane olan stress yaradıcı faktorları göstərmək olar. Bu zaman uşaq ilk növbədə çətin həyat şəraitində  emosional dəstək almaq və travmaları aradan qaldırmaq üçün  psixoloji dəstəyə ehtiyac duyur.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!