Previous Next

Birinci siniflərin məktəbə adaptasiya olunması

             Birinci siniflərin məktəbə adaptasiya olunması

Məktəbin birinci sinfi insanın təhsil dövrünün ilk pilləsidir. Bu dövrdə uşaqların heç də hər biri məktəb həyatına hazır olmurlar. Onların əksəriyyəti məktəbə adaptasiya olunmaqda olduqca çətinlik çəkirlər.

Məlum olduğu kimi məktəbəqədər dövrdə uşaqların aparıcı fəaliyyəti rollu oyunlardır və uşaqlar günlərinin böyük qismini oyun oynamaqla keçirirlər. Artıq məktəb həyatına atılmaqla onların aparıcı fəaliyyət növləri dəyişir,oyun fəaliyyəti təlim fəaliyyəti ilə əvəzlənir və onlar günün çox hissəsini artıq oyun oynamaqla deyil,dərs oxumaqla, tədrislə məşğul olmaqla keçirməli olurlar. Deməli uşaqların “azad” həyatları bitir və yerinə rejimli həyat başlayır. Elə bu səbəblərdən dolayı uşaqların məktəbə adaptasiya olunmasında bir sıra problemlər yaranır.

Kiçik məktəb yaşlı uşaqlarda diqqətin maksimal  müddəti adətən 15-20 dəqiqə olur. Bu müddəti keçdikdən sonra artıq onlar istəsələr belə diqqətlərini bir yerə toplaya bilmir, asanlıqla diqqətləri yayınır.

İbtidai sinif müəllimləri kiçik yaşlı uşaqların psixologiyasını bilməli və belə hallara xüsusilə diqqət yetirməlidirlər. Onlar əsasən aşağıdakı hallara xüsusi önəm verməlidirlər:

·        Kiçik yaşlı məktəbliləri saatlarla dərs oxumağa və ya dərsə qulaq asmağa məcbur etməməli,

·        Onlara hər 45 dəqiqədən bir mütləq fasilə verilməli,

·        Fasilədən əvvəl kiçik yaşlı məktəbli acdığını, yemək yemək və su içmək istədiyini dedikdə buna icazə verməli,

·        Ayaqyoluna getməsi üçün mütləq şərait yaratmalı,

·        Hər hansı səhv hərəkət etdikdə onlarla yoldaşlarının yanında kobud rəftar etməməli,

·        Cəzalandırmaq üçün əsla fiziki cəza metodundan istifadə etməməlidirlər.

 

Birinci siniflərin məktəbə adaptasiya olunmasında iş təkcə müəllimlərin deyil, eyni zamanda valideynlərin də üzərinə düşür. Hər iki valideyn xüsusilə bu dövrdə övladlarına qarşı diqqətli, qayğıkeş olmalı, onların məktəbə adaptasiya olmalarına yardım göstərməlidilər. Valideynlər bu dövrdə əsasən bunlara xüsusi diqqət etməlidirlər:

 

·        Uşaqları tamamilə oyun fəaliyyətdən, cizgi filmlərindən və sevdikləri əlavə məşğuliyyətlərdən ayırmamaq,

·        Dərsdən gələn kimi növbəti günün dərslərini hazırlamağa məcbur etməmək,

·        “Sən artıq məktəbə gedirsən, artıq uşaq deyilsən” kimi sözlərlə uşağa psixoloji təzyiq göstərməmək,

·        Uşaqların dərslərini hazırlamaqda onlara yardımçı olmaq və.s

Valideynlər unutmamalıdırlar ki, bu dövr uşaqların həyatında yeni mərhələdir. Bu səbəbdən də onlara daha həssas yanaşmalı, övladlarından diqqət, qayğı və sevgilərini əsirgəməməlidirlər.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!