Previous Next

Məzun gününüz mübarək, əziz məzunlar :)

Hər il məktəbi bitirdikdə həyatımızın bir yaş dövrü ilə sağollaşıb yeni bir dövrü qarşılayırıq.

Hər bitən yaş dövrü bizə yüzlərlə, minlərlə şey öyrədərək çıxıb gedir həyatımızdan.

Əslində hər məzuniyyət günündə bambaşqa bir insana çevrilir, daha da böyüyür, həyata, dünyaya, ətrafımızda baş verənlərə fərqli cür baxmağa başlayırıq. Elə bu səbəbdən də məzuniyyət günləri önəmlidir və qeyd etməyə dəyər.

“Məzuniyyət”, “məzun günü” sözünü eşitdikdə yaşımızdan asılı olmadan hər birimizin xatirində canlanar həmin yaş dövrü, keçirdiyimiz hisslər və xatirələrimiz.

Amma bir yandan da məzun günü ayrılıq deməkdir, illərdir bir parta arxasında əyləşdiyin, bəzən deyib-güldüyün, bəzən birlikdə ağladığın, zarafatlaşdığın, həyatla bağlı çox şeyi birgə öyrəndiyin həmyaşıdlarından ayrılıq...Bəzilərimiz hətta kövrəlirik bu günlərdə.

Əziz məzunlar, kövrəlməyin, ağlamayın, əksinə sevinin, sevinin ki böyüyürsünüz. Sevinin ki, illərdir yolunu gözlədiyiniz bugün artıq gəlib çatıb. Yadınızdan çıxartmayın ki, hər son bir başlanğıcdır və bu gün o surprizlərlə dolu başlanğıcın ilk günündür. Bundan sonrakı həyatınızda hər birinizə uğurlar arzulayırıq.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!