Previous Next

Uşaqlara oyuncaq seçərkən nələrə diqqət yetirmək lazımdır?

Uşaqlara saysız-hesabsız oyuncaqlar içindən seçim sərbəstliyi vermək əvəzinə, onların inkişafına və yaşına uyğun alternativ oyuncaqlar təqdim etmək daha doğrudur.

 

Oyun qədər oyuncaq da vacibdir

Oyun nə qədər vacibdirsə,oyuncaq da bir o qədər əhəmiyyətlidir.Texnologiyanın sürətli inkişafı oyuncaq seçimində ata-anaları da təsiri altına alır.Valideynlər çox zaman uşaqlarınna oyuncaq seçərkən onların ehtyac və yaşına görə deyil,ya reklamların təsiri ilə,ya da oyuncaqların zahiri görünüş və xüsusiyyətlərinə baxaraq qərar verirlər.Ya da öz uşaqlıq illərində oynaya bilmədikləri,bir arzu kimi ürəklərində qalan oyuncaq və hədiyyələri övladlarına alırlar.Hər bir halda da uşaqlar oyuncağa uyğun tərbiyə edilməlidir.

Yaşa uyğun oyuncaqların seçilməsi

Uşağın zehni,fiziki və hissi qabiliyyətinin formalaşmasında və inkişaf oyun və oyuncaqların özünəməxsus yeri vardır.Uşaqlar səkkiz yaşa qədər oyuncaq seçimində kifayət qədər şüurlu hərəkət etmir və hər hansı növ oyuncağa ehtiyacları olduğunu qavraya bilmirlər.Bəzən rənglər,bəzən səslər,bəzən də işıqlar uşağın səhv oyuncaq seçməsinə səbəb olur.Səkkiz yaşa qədər uşaqlara saysız-hesabsız oyuncaqlar içindən seçim sərbəstliyi vermək əvəzinə,onların inkişafına və uyğun alternativ oyuncaqlar təqdim etmək daha doğrudur.Bunun üçün hansı yaşa hansı növ oyuncağın uyğun gəldiyini bilmək lazımdır:

6 aya qədər

Bu yaşdakı körpələr üçün elə oyuncaqlar seçilməlidir ki,.onların zehni və fiziki inkişafını sürətləndirsin.0-6 ay arası körpələrə öz-özünə hərəkət  edən rəngli,işıqsaçan və səsli oyuncaqlar verilməsi onların beş duyğu orqanını “oyadıb hərəkətə gəitirir”.Bununla yanaşı,bu dövrə aid oyuncaqların kimyəvi tərkibi,sərtliyi və ölçüləri də əhəmiyətlidir.Oyuncağın müəyyən qədər sərtliyi körpələrin lamisə(toxunma) hissinin inkişafına müsbət təsir edir.Bu cür oyuncaqların tərkibində kimyəvi boyalar olmamalı,ölçüsü dı udulmasına imkan verməməlidir.

2 yaşa qədər:

Sökülüb yığılan  sadə fiqurlar,müxtəlif pazllar,öz-özünə hərəkət edən,işıq saçan səsli oyuncaqlar və s.

2-3 yaşlı

Üçtəkərli velosiped bu yaşdakı uşağın ayaq sümüklərinin inkişafına,diqqətini bir nöqtəyə cəmləməsinə və bütün vücudunu müntəzəm hərəkət etdirməsinə müsbət təsir göstərir.Həmçinin bu yaş dövründəki uşaqlar taxta fiqurları birləşdirib nəsə düzəltməkdən böyük zövq alırlar.Bundan başqa,qum və plastilindən müxtəlif fiqurlar düzəltmək də bu yaş qrupu üçün faydalıdır.

3-5 yaş arası

Fantaziya və araşdırma qabiliyyətini gücləndirən(“ev-ev”,”müəllim-şagird”,”həkimlik”)oyunlar,nitq qabiliyyətini inkişaf etdirən oyun və oyuncaqlar(rəngli klaviaturalı piano,musiqi və hekayə CD-ləri),aritmetik xarakterli oyunlar və oyuncaqlar(şəkil və hesablama oyunları və say kartları).

6-8 yaş arası

Qrup şəklində oynalınan oyun və oyuncaqlar,evdə ailəliklə oynalınan “səssiz film”,”əşya-bitki-heyvan” adlarını təxmin etmə,tapmaca yarışı kimi oyunlar.Zehni və qavrama qabiliyyətini artıran hekayə qəhərmanlarının fiqurları,oyunlar və oyuncaqlar(şahmat,miniatür maketlər,pazl oyunları və s.)

9-11 yaş arası

Problem həll etmə bacarığını artıran oyun və oyuncaqlar (qarışıq masaüstü oyunlar və video oyunları),əlləri incə hərəkətlərə alışdıran oyunlar  və oyuncaqlar(parçalardan ibarət qarışıq pazllar,üçölçülü təyyarə modelləri,pultlu maşınlar,parça boyama,ağac işləmə və akvarium baxımı) və strateji bacarıqları inkişaf etdirən oyun və oyuncaqlar(söz tapma,tennis,qolf və s)

12 yaş və yuxarı yaşlar

Mücərrəd düşünmə və mühakimə yürütmə bacarığını inkişa etdirən oyun və oyuncaqlar(sadə mikroskop və ya teleskop,elektronik dəstlər),müstəqil yaşamağı öyrədən (qaçış,velosiped sürmə),ailə və qrup gəzintiləri,kollektiv oyunları və s.

 

 

 

 

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!