Previous Next

   Uşaqlarda fərqliliklərə hörmətin aşılanması

Uşaqlar bizi əhatə edən ətraf mühit, insanlar, əşyalar, hadisələr haqqında daim suallar verməklə məlumat toplamağa çalışır, analiz edir və beləliklə onlarda fikir formalaşır. Bu kimi sualları uşaqlar özlərinə daha yaxın olan insanlara  valideynlərinə və ya dostlarına verirlər. Chang bu mövzuda belə bir fikir söyləmişdir “Bir uşağın marağı başqa bir uşağın məxfiliyinə güvənmir”. Uşaqlar öz dostları ilə nə qədər yaxın əlaqədə olsalar belə hər hanısa bir çətinlikdə yalnız öz valideynlərinə güvənəcəklərini bilirlər. Hələ sosiallaşmamış, məktəbə və baxçaya getməyən uşaq yalnız öz ailəsi ilə ünsiyyətdə olur, bütün maraqlandığı məsələr ilə bağlı öz valideynlərinə müraciət edir. Buna görədə bu sahədə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ola bilər ki, uşaq hər hansısa devinat (kənara çıxma, narkotik və ya akaqol aludəçisi valideynlər olan ailələr, cəmiyyətin sosial normalarına zidd davranışlar göstərən ailələr və s.)  ailədə böyüsün lakin zaman keçdikcə şüuru formalaşdıqca öz əhatə dairəsini dostlarını özü seçərək, istədiyi mühitini özünə yaratmış olsun. Lakin ailənin tərbiyə üsulu, digər insanlara davranış şəkli, onların şəxsiyyətlərarası münasibəti öz övladlarının şüur altına təsir edərək, onların həyatında dərin izlər qoyur. Valideynlər uşaqları tərbiyə edərkən bir çox əsas anlayışlarına önəm verirlər. Bunlar ədalət, dürüstlük, vicdan, mərhəmət kimi əsas anlayışlar olmaqla yanaşı, fərqililiklərə hörmət anlayışını ( tolerantlıq) da erkən yaşlardan uşaqlara aşılamaq lazımdır. Uşaqların fərqliliklərə hörmət anlayışını dərk etmələri üçün ilk növbədə fərqliliyin nə olduğunu bilmələri vacibdir. Dr.Wincosin Milkwankee ilk dəfə uşaqlara kateqoriyaya bölmək anlayışını izah etmişdir. O bu məqsədlə insanları uzun, qısa saçlı, arıq, kök, eynəkli və s olmaqla kateqoriyalaşdırmışdır. İlk öncə onun bu nəzəriyyəsi mütəxəssislər tərəfindən tənqid olunmuşdur. Lakin o bu anlayışları izah etmədən, uşaqlara onlardan fərqli insanların da yaşadığını və onlara hörmətlə yanaşmağın mümkün olmadığını bildirmişdir. Çox zaman valideynlər bu anlayışları izah etməkdən çəkinərək uşaqlara hamının eyni olduğunu bildirməyə çalışırlar, əslində bu xoşniyyətli bir davranışdır. Lakin düzgün yanaşma deyil. Fərqliliklərə hörmət anlayışından bəhs edərkən ilk növbədə toxunulması vacib olan məsələlərdən biri də irqçilik anlayışıdır. Hagerman göstərmişdir ki, “İrq haqqında danışmamaq uşaqlarda bir çox zərərli,  problemli əslində yanlış nəticələrə gətirib çıxaran fikirlərin formalaşmasına səbəb olur. Uşaqlar səhvən ağ və qara dərili insanların hər hansısa bir xüsusiyyətə görə cəzalandırıldıqları üçün belə olduqlarını və ya hansısa bir məsələdə haqlı olduqlarını düşünə bilərlər. Winkler bu haqqda belə  bir fikir söyləmişdir “Hamı kimi uşaqlarda bilgi boşluqlarını doldurmağa çalışırlar və bu qaynaqlar həmişə güvənilir olmaya bilər”. O bildirmişdir ki, əgər sosial cəhətdən şüurlu uşaqlar yetişdirmək istəyiriksə, davranışlarımızın kəlimələrdən daha yüksək səslə danışdığını bilməliyik. Nəticə etibarı ilə danışıqlar önəmli olsa belə, uşaqlarımız onlar üçün seçdiyimiz örnəklərdən daha çox məlumat alacaqlar. Yəni uşaqlar davranışlarınızla dediklərinizin nə dərəcədə üst-üstə düşdüyünü müqayisə edəcəklər. Winkler “Şüurlu uşaqları necə yetişdirmək” mövzusunda yazılmış kitabında uşaqlara iplərdən tor düzəltmələrini tapşırıb, sonra uşaqlardan bu ipləri açmalarını istəmişdir. Uşaqlar gördülər ki, ikinci etapda ipləri açmaq onları birləştirməkdən daha çətindir. Bununla o uşaqlarda formalaşan hər hansısa bir pis düşüncəni düzəltməyin daha çətin olduğunu bunun üçün çox çalışmaq lazım olduğunu praktik cəhətdən göstərmişdir.

Digər bir tədqiqat isə 1940 ci illərdə məşhur psixoloq Keneth and Mamie Clark tərəfindən 3-7 yaş arası uşaqlarla “Gəlincik testi” idi. Bu eksperimentdə uşaqlar hər iki gəlinciyə hər hansısa bir xarakterik xüsusiyyət deməli və onu seçməli yəni fikrini əsaslandırmalı idi. Nəticədə uşaqların çoxu ağ gəlinciklərdə daha müsbət xarakterik xüsusiyyətlər olduğunu bildirmişdir. Eksperimentdə digər önəmli məqam isə məhz qara dərili uşaqların  isə əksinə demək olar ki, eyni dərəcədə müsbət və mənfi xüsusiyyətlər söylədikləri aşkarlanmışdır. 2007-ci ildə Evlilik və Ailə Dərnəyində edilən bir araşdırma uşaqları baxçaya gedən ailələrin 75% nin heç bir zaman uşaqlarına irqçilik haqqında danışmadığını bunun əksinə qara dərili ailələrdə isə bu mövzu haqqında ətraflı danışıldığı və ağ dərili insanlara qarşı onların əksinə daha aqressiv yanaşma aşkarlanmamışdır. Bu kimi mənfi halların aradan qaldırılması və  uşaqların  onlardan dərisinin rəngi, miliyyəti, boyu, çəkisi ilə fərqlənən digər insanlara hörmət etməsi üçün aşağıdakı nüansların əsas götürülməsi vacibdir.

İrqçiliyin mənfi bir xüsusiyyət kimi dərk edərək, bu ədalətsizliyə qarşı olduğumuzu, hər zaman onu dəyişdirməyə çalışan insanların olduğu və bizlərində onların bir parçası olduğumuzu xatırlatmaqda fayda var.

Hər hansısa bir məsələni müzakirə edərkən, qarşıdakı insanın fikri bizi qane etmirsə, bizim düşüncə tərzimizə uyğun deyilsə, söhbəti həmin an kəsməklə onun özünü izah etməsinə şərait yaratmamaqla da bizdən fərqli düşünən insanlara qarşı ayrıseçkilik etmiş oluruq.

 Uşaqlarımıza hər zaman ünsiyyətdə olduğumuz  insanlara nə söylədiyimizə,  onları özlərini necə hiss etdirdiyiməzə görə məsuliyyət daşıdığımızı aşılamalıyıq.

Uşaqlarınıza yanlız öz haqlarını müdafiə etməklə deyil, digər insanların da haqlarını müdafiə etdikləri təqdirdə ədalətli olacaqlarını bildirin.

 

5.     Övladlarımızın əhatə dairəsində dostları və ya qohumlardan hər hansısa biri   arasında bu kimi xüsusiyyətlərə önəm verməyən insanlar olduğu təqdirdə “Uşaqlarımın ətrafında bu cür davranış və düşüncə tərzi istəmirəm” deyərək etirazımızı bildirməliyik.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!