Previous Next

Yeniyetmələrdə suisid

 

Uşaqlıqdan gənclik dövrünə keçid olan yeniyetməliyi mürəkkəb fırtınalı  bir dönəm kimi qiymətləndirmək olar.  Yeniyetməlik dövrünü hər kəs özünəməxsus şəkildə və fərqli  vəziyyətlərdə keçirir. Qeyd etmək lazımdır ki, yeniyetməlik dövrü 11-17(müxtəlif ədəbiyyatlarda müxtəlif yaş qrupu götürülür) yaş aralıqlarını əhatə edir. Bu dövrdə yeniyetmələr yaşadıqları bəzi xoşagəlməz hadisələr səbəbilə  suisidə daha asan meylli olurlar. (Suisid müəyyən səbəblərdən dolayı insanın öz-özünü öldürməsidir.) Bunun bir sıra səbəbləri var:

-şəxsi  həyat (uğursuz sevgi , qarşılıqsız sevgi) 

-məktəb həyatı

-ailə həyatı 

-dost çevrəsi  və s. 

Bu yaş dövrü elədir ki, yeniyetmə həm özündə həm də çevrəsindəki baş verən dəyişikliklərə təəccüblənir.  Bu ona həm mənfi, həm də müsbət təsir edir.

İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edənlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə aludəçilik də intihara təkan verən səbəblər arasındadır. Adətən, intihar fikri insanda birdən-birə yaranmır. Bu bir neçə dəfə ağla gələn haldır. Yeniyetmələrin əhvalsız olması, özünə qapanması, valideynləri ilə öz yaşadığı duyğuları bölüşməməsi intihar haqqında fikirlərə işarədir. Valideynlər diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. Əgər bu mümkün deyilsə, psixoloq köməyindən faydalanmaq lazımdır. Çox vaxt yeniyetmələrin psixoloji durumunun mənfiyə doğru dəyişməsində valideynlər özləri günahkar olur. Valideynlərin övladlarını başa düşməməsi, onları çox sıxması, təzyiq altında saxlaması hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur.

Çox təəssüf verici haldır ki, əksər vaxtlarda yaxınları, valideynləri şəxslərin intihar edəcəyindən xəbərsiz olur. Çünki valideyn övladlarını uzunmüddətli depressiv vəziyyətdə görmələrinə alışıblar. Yeniyetmələrin maddi tələblərini ödəyə bilməmə, ailədə yaşanan maddi sıxıntılar da yeniyetmələrin yaşamağa dair ümidlərini puç edə bilər. Uşaqlar dərslərinə görə yaxşı nəticə əldə edə bilmədikdə, valideynlər onları danladıqda, bəyənmədikdə də dərin kədər keçirirlər.

Çox vaxt imtahanlar zamanı da yeniyetmələr arasında intihar halları artır. İmtahandan kəsilən, ali məktəbə ödənişli əsaslarla qəbul olduğu üçün intihar edən gənclər az deyil. Hər imtahan qabağı çoxsaylı intihar hadisələri qeydə alınır. Bəzən valideynlər övladlarından mümkün olmayanı istəyir, onu alçaldır, təhqir edir, cəzalandırırlar.

Bəs nə etməli? Valideyn üçün ən ağır itki övlad itkisidir, xüsusilə də bu itki övladımızın seçimi nəticəsində baş verirsə. Bu dövrü keçirən övladınız düzgün formalaşmamış düşüncəyə malikdir, düşdüyü hər hansı çətin bir vəziyyət, ətrafında baş verən bəzi mənfi proseslər onu bu addımı atmağa vadar edə bilər.

1)Yeniyetmələr üçün sərbəst özünüifadə imkanı, öz fikir və düşüncələrini çəkinmədən sizinlə paylaşa bilmə mühitini yaradın.

2)Həyatı sevməyi və güclü olmağı öyrədin.

Həyat insana ona görə verilib ki, ömrünün son dəqiqələrinə kimi onu qorusun. Ürəyimizi sevgi ilə doldursaq, bir birimizə qarşı diqqətli və anlayışlı olsaq, yaxın və doğmalarımızın səhv qərarlarına mane olub həyatlarını xilas edə bilərik.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!